Tarix:04/05/12
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Galaxy S3” smartfonu 4,8 düymlü diaqonala malik “HD Super AMOLED” ekranı ilə təchiz edilib. Nəticədə multimedia məzmununa, həmçinin filmlərə baxmaq daha əlverişlidir.
Smartfon 2 kamera (8 meqapikselli əsas kamera və 1.9 meqapikselli əlavə) ilə təchiz edilib. Bundan əlavə, smartfon 32 nanometr texnoloji proses üzrə hazırlanmış “Exynos 2 Quad” adlı yeni mobil dördnüvəli prosessor əsasında işləyir.
“Galaxy S3” smartfonu ilk dəfə olaraq “S Voice” texnologiyası ilə təchiz edilib. “S Voice” texnologiyası - səsli istifadəçi interfeysidir. İnterfeys smartfona səsi müəyyən etməyə və sahibinin sözlərinə reaksiya verməyə imkan verir. Səs vasitəsilə, həmçinin sevimli mahnını qoşmaq, smartfonun gurluq səviyyəsini tənzimləmək, mətn mesajları və elektron məktublar göndərmək, görüş qrafikini tərtib etmək, kameranı avtomatik yandırmaq və foto çəkmək olar.
Qurğu, həmçinin müxtəlif mobil ödəmələr həyata keçirməyə imkan verən “NFC” (Near Field Communication) texnologiyasını da dəstəkləyir.“Galaxy S3” smartfonu Avropa bazarında satışa mayın sonunda çıxarılacaq.
EMİL
“Samsung” şirkəti “Galaxy S3” smartfonunu təqdim edib
“Samsung” şirkəti mayın 3-də Londonda “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi ilə işləyən yeni “Galaxy S3” smartfonunu təqdim edib.“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Galaxy S3” smartfonu 4,8 düymlü diaqonala malik “HD Super AMOLED” ekranı ilə təchiz edilib. Nəticədə multimedia məzmununa, həmçinin filmlərə baxmaq daha əlverişlidir.
Smartfon 2 kamera (8 meqapikselli əsas kamera və 1.9 meqapikselli əlavə) ilə təchiz edilib. Bundan əlavə, smartfon 32 nanometr texnoloji proses üzrə hazırlanmış “Exynos 2 Quad” adlı yeni mobil dördnüvəli prosessor əsasında işləyir.
“Galaxy S3” smartfonu ilk dəfə olaraq “S Voice” texnologiyası ilə təchiz edilib. “S Voice” texnologiyası - səsli istifadəçi interfeysidir. İnterfeys smartfona səsi müəyyən etməyə və sahibinin sözlərinə reaksiya verməyə imkan verir. Səs vasitəsilə, həmçinin sevimli mahnını qoşmaq, smartfonun gurluq səviyyəsini tənzimləmək, mətn mesajları və elektron məktublar göndərmək, görüş qrafikini tərtib etmək, kameranı avtomatik yandırmaq və foto çəkmək olar.
Qurğu, həmçinin müxtəlif mobil ödəmələr həyata keçirməyə imkan verən “NFC” (Near Field Communication) texnologiyasını da dəstəkləyir.“Galaxy S3” smartfonu Avropa bazarında satışa mayın sonunda çıxarılacaq.
EMİL
Baxış sayı: 786
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır