Tarix:04/05/12
Agentlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, əgər əsər dərc edilməyibsə, bu halda əsər səhifələnmiş elektron fayl kimi ərizə nümunəsinə əlavə olunmalıdır. Kitab formatında olan əsər (yəni dərc olunmuş əsər) “pdf.”, “doc.” formatlarında, təsviri sənət, heykəltaraşlıq, rəngkarlıq, qrafika əsərləri, dizayn, memarlıq əsərləri “cpg.”, “gif.”, “bmp.”, “tif.”, “pjx.” formatlarda, musiqi əsərləri “mp3.”, “mp2.”, “wma.”, “wav.”, “flaj.” audio formatlarda ərizəyə əlavə olunmalıdır. Əlaqəli hüquqların obyektləri isə “avi.”, “wmv.”, “mpg.”, “vob.”, “flv.” formatlarında müvafiq ərizə nümunələrinə qoşulmalıdır.
Ərizədə göstərilən digər sənədlər rəqəmli şəkildə təqdim olunur.
Əsərin qeydiyyatına görə dövlət rüsumunun ödəniş qəbzi (“Kapitalbank”ın yerli filiallarının birində 5 manat dövlət rüsumu ödənilməlidir) poçt vasitəsilə göndərilməlidir.
Qeydiyyatla bağlı yaranan suallarla bağlı istifadəçilər agentliyin saytında yerləşdirilmiş «Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları»na istinad edə bilərlər.
Qeyd edək ki, əsərin və ya əlaqəli hüquqlarının obyektlərinin qeydiyyatı aşağıdakı səbəblərə görə məqsədəuyğun sayılır:
- əsərin (ifanın) nüsxəsi depozit materialı kimi arxivdə saxlanılır;
- müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında
şəhadətnamə sübutedici sənəd kimi çıxış edir;
- əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda
müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur.
CAHANGİR
MHA əsərlərin qeydiyyata elektron qaydada təqdim edilməsi prosedurunu açıqlayıb
Məlum olduğu kimi, Müəllif Hüquqları Agentliyi tərəfindən əsərin və ya əlaqəli hüquqlarının obyektlərinin elektron qeydiyyat xidməti artıq fəaliyyətə başlayıb. Onlayn qeydiyyat xidmətinin köməyi ilə müəllif (hüquq sahibi) əlavə vaxt itirmədən elektron poçt vasitəsilə agentliyin saytına daxil olaraq, öz əsərini (ifasını) qeydiyyatdan keçirə bilər. Dərc edilmiş və ya dərc edilməmiş əsər (ifa) yalnız müstəsna hüquq sahibi tərəfindən qeydiyyatdan keçirilə bilər.Agentlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, əgər əsər dərc edilməyibsə, bu halda əsər səhifələnmiş elektron fayl kimi ərizə nümunəsinə əlavə olunmalıdır. Kitab formatında olan əsər (yəni dərc olunmuş əsər) “pdf.”, “doc.” formatlarında, təsviri sənət, heykəltaraşlıq, rəngkarlıq, qrafika əsərləri, dizayn, memarlıq əsərləri “cpg.”, “gif.”, “bmp.”, “tif.”, “pjx.” formatlarda, musiqi əsərləri “mp3.”, “mp2.”, “wma.”, “wav.”, “flaj.” audio formatlarda ərizəyə əlavə olunmalıdır. Əlaqəli hüquqların obyektləri isə “avi.”, “wmv.”, “mpg.”, “vob.”, “flv.” formatlarında müvafiq ərizə nümunələrinə qoşulmalıdır.
Ərizədə göstərilən digər sənədlər rəqəmli şəkildə təqdim olunur.
Əsərin qeydiyyatına görə dövlət rüsumunun ödəniş qəbzi (“Kapitalbank”ın yerli filiallarının birində 5 manat dövlət rüsumu ödənilməlidir) poçt vasitəsilə göndərilməlidir.
Qeydiyyatla bağlı yaranan suallarla bağlı istifadəçilər agentliyin saytında yerləşdirilmiş «Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları»na istinad edə bilərlər.
Qeyd edək ki, əsərin və ya əlaqəli hüquqlarının obyektlərinin qeydiyyatı aşağıdakı səbəblərə görə məqsədəuyğun sayılır:
- əsərin (ifanın) nüsxəsi depozit materialı kimi arxivdə saxlanılır;
- müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında
şəhadətnamə sübutedici sənəd kimi çıxış edir;
- əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda
müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur.
CAHANGİR
Baxış sayı: 765
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır