12px13px15px17px
Tarix:04/05/12

İnternet axtarış nəhəngi rəssam Harinqin ad gününü qeyd edir

“Google” şirkəti portalın əsas səhifəsində məşhur amerikalı rəssam Kit Harinqin anadan olmasının 54 illiyini qeyd edib.

“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti bu gün ənənəvi loqosunu Harinq stilində hazırlanmış dudl ilə dəyişdirib. Loqoda hərflərin əvəzinə əcaib formalarda əyilmiş müxtəlif rəngli adamlar əks olunub.

Məlumat üçün qeyd edim ki, Harinq 1958-ci ildə Pensilvaniya ştatında anadan olub. O, erkən yaşlarından şəkil çəkməyə başlayıb və hətta Pitsburqda yerləşən incəsənət məktəbində iki semestr təhsil alıb.

Harinq rəssam karyerasına Nyu-York metrosunun divarlarına şəkil çəkməklə başlayıb. Onun işləri tezliklə populyarlıq qazanıb. Lakin Harinq uzun müddət onun çəkdiyi şəkillərin suvenirlərin üzərində istifadə edilməsinə dair   saziş bağlamaq təklifi ilə razılaşmırdı.

Yalnız müəllimi Endi Uorxol rəssamın qərarını dəyişdirə bildi, o, Harinqi inandırdı ki, öz işlərini satmaqda utanılası heç nə yoxdur. Bundan sonra rəssamın işləri açıqca, futbolka, qeyd kitabçalarının  üzündə istifadə edilməyə başladı.

1990-cı ildə, Harinqin ölümündən sonra onun işlərinin satışlarından əldə olunan bütün gəlirlər xeyriyyə məqsədi üçün istifadə olunur.

Məlumat üçün bildirim ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqonu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
 
EMİL




Baxış sayı: 1220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024