12px13px15px17px
Tarix:08/07/11

Dünyanın ən böyük sosial şəbəkəsi yeni məlumat mərkəzləri quraşdırır

Videozəng funksiyasının işə salınmasına həsr edilmiş “Facebook”un bu yaxınlardakı mətbuat konfransında şirkətin rəhbəri Mark Sukerberq sosial şəbəkədə istifadəçi kontentinin sayının geometrik silsilədə artdığını bildirib. Buna görə “Facebook” artan məlumatların öhdəsindən gəlmək üçün yeni məlumat mərkəzləri quraşdıracaq. Sukerberq öz məruzəsində xatırladıb ki, bu gün istifadəçilər keçən il bu vaxtla müqayisədə demək olar ki, 2 dəfə daha çox məlumat yaradırlar. O, 2004-cü ildən belə davam etdiyini və sosial şəbəkədə kontent “partlayışı”nın hələ irəlidə olduğunu bildirib.
Bu prosesə lazımi şəkildə hazırlaşmaq üçün “Facebook” yeni məlumat mərkəzləri quraşdırmağı planlaşdırır. "Artan məlumat axınını nəzərə almamaq olmaz və görünür ki, məlumat axını artmağa davam edəcək, buna görə biz şəxsi məlumat mərkəzlərimizi quraşdıracağıq. Hesablama güclərini şirkət xaricində yerləşdirməyəcəyik" — Sukerberq məruzəsində bildirib. Qeyd edək ki, “Facebook”un texniki təminat üzrə vitse-prezidenti Conatan Xelayqerin 2011-ci il aprel ayında şirkətin ilk şəxsi məlumat mərkəzinin işə salınmasında mühüm rolu olub. Lakin o, şirkəti yayın sonuna kimi tərk edəcək. Onun vəzifələrini “Facebook”un digər texniki direktoru Cey Parix yerinə yetirəcək.



Baxış sayı: 1157

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024