12px13px15px17px
Tarix:07/05/12

ABŞ-da təcili yardım “SMS” xidməti fəaliyyətə başlayacaq

“Verizon” operatoru 2013-cü ilin əvvəlindən etibarən mobil rabitə abunəçiləri üçün “Text-to-911” xidmətini istifadəyə verəcək.

Bu xidmət abunəçilərə qısa mətn mesajı vasitəsi ilə təcili yardım xidməti ilə əlaqə saxlamağa imkan verəcək.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ABŞ-ın Rabitə üzrə Federal Komissiyası (FCC) hələ 2010-cu ildən təcili yardım “SMS” xidmətinin tətbiq edilməsinin vacibliyi haqqında bildirmişdi. “Text-to-911” xidməti, mobil rabitə siqnalının ötürücülük qabiliyyətinin zəif olması və ya mobil qurğunun akkumulyator batareyasının enerjisinin aşağı olması zamanı faydalı ola bilər.

Bundan əlavə, xidmətdən eşitmə problemi olan insanlar da istifadə edə bilərlər. Məlumat üçün bildirim ki, “EmergencySMS” adlı oxşar xidmət artıq Böyük Britaniyada istifadə edilir. EMİL



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024