12px13px15px17px
Tarix:08/05/12

“Microsoft Virtual Academy” çərçivəsində onlayn təlim keçiriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) tələbələri “Microsoft Virtual Academy” çərçivəsində təmənnasız olaraq onlayn təlim keçə bilərlər. “Bulud” texnologiyaları bazasında yaradılan bu tədris sistemi hər bir tələbəyə onlayn rejimdə, internet vasitəsilə əlavə təlimlər keçməyə və imtahan verərək sertifikat almağa imkan verəcək. “İCTnews” elektron xəbər xidmətinə bu barədə “Microsoft Azərbaycan”ın Təhsildə Əməkdaşlıq Proqramının rəhbəri Emin Axundov məlumat verib.

Onun sözlərinə görə, “Microsoft Azərbaycan” artıq bir neçə istiqamət üzrə AMİU ilə yaxından əməkdaşlıq edir: ”AMİU Azərbaycan universitetləri arasında ilk olaraq lisenziyalaşdırılmış proqram təminatının tətbiqinə də başlayıb.

Bundan başqa, Azərbaycanda qlobal təşəbbüs olan “Microsoft İT Academy” layihəsi olaraq “Microsoft” korporasiyasının ilk tədris mərkəzi də məhz Azərbaycan Memarlıq və İnşaat Universitetində açılacaq”. E.Axundov qeyd edib ki, “Microsoft İT Akademiya”ların Azərbaycanın İT fakültələri olan bütün ali təhsil müəssisələrində yaradılması “Microsoft Azərbaycan”ın strateji planlarına daxildir.
 
 
HƏQİQƏT





Baxış sayı: 1301

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024