12px13px15px17px
Tarix:10/05/12

Məhəmməd Məmmədov: “Kənd ATS-də danışıq xidmətlərinin həcmi 13 faiz artıb”

“Kənd  ATS-də  danışıq  xidmətlərinin  həcmi 13 faiz artıb”. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Aztelekom”İB-nin baş direktoru Məhəmməd Məmmədov məlumat verib. Onun sözlərinə görə,  artım   Salyan, Samux,  Zərdab,  Abşeron və Goranboyda  xüsusilə  yüksək  olub. Baş direktor əldə olunan uğurları aparılan gərgin işlərin bəhrəsi kimi qiymətləndirib.

“Bu, gərgin əməyin nəticəsidir. Kənd şəbəkəsinin elektronlaşdırılması, birləşdirici xətlərin optikləşdirilməsi, maarifləndirmə və s. bu kimi işlər göstərilən xidmətlərin həcmi ilə bərabər, keyfiyyətinin də yüksəlməsinə zəmin yaradıb. Bu gün  internet xidmətlərinə tələbatın artması telefona olan tələbatı daha da artırıb. Bu gün çəkinmədən demək olar ki, kənd yerlərində qonşu-qonşu ilə telefonla bir-birindən hal-əhval tutur.

Biz fəaliyyətimizi daha da genişləndirərək yüksək keyfiyyətli xidmətlər göstərməyi qarşıya məqsəd qoymuşduq”- deyə baş direktor söyləyib. M.Məmmədov həmçinin bildirib ki,  aparılan gərgin və məqsədyönlü işlər nəticəsində rayon  telekommunikasiya  qovşaqlarında   xidmət  göstərilən   abunəçilərin  sayı  662 mini  keçib. Hazırda birliyin  xidmət  ərazisində  hər  100  nəfərə  düşən   telefonların  sayı  12-yə,  100  ailəyə  düşən  telefonların  sayı  57,3-ə çatıb.
Baş direktor regionlarda CDMA tipli simsiz telefonlara da böyük tələbat olduğunu bildirib.

Hazırda CDMA  simsiz  telefon  şəbəkəsində  abunəçilərin  sayının  20 mini  keçdiyini söyləyən baş direktor 5 yaşayış məntəqəsinin bu xidmətin əhatə dairəsinə qatıldığından bu  məntəqələrdə  istismar  olunan  peyk  terminallarının  istismardan  çıxarıldığını deyib.
Rəvan




Baxış sayı: 1718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024