Tarix:10/05/12
Mərkəzdən bildirilib ki, müvafiq xidmətin təşkili “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin 2011-ci il tarixli fərmanına, eləcə də “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna, “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarına əsaslanır. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən icra olunan bu xidmət informativ olmaqla, ödənişsiz həyata keçirilir.
Peyvəndlərlə bağlı bu xidmət hər bir şəxsə “sehiyye.gov.az/immunoprofilaktika_uzre_veb_resurs.html” internet ünvanı vasitəsilə təqdim edilir. İstifadəçilər üçün daim açıq olan sözügedən xidmətin istifadəsində hər hansı qaydada məhdudiyyət yoxdur.
Qeyd edək ki, Azərbaycanın “Milli peyvənd təqvimi”nə görə, uşaqlara doğumdan sonra 12 saat ərzində başlayaraq, 6 yaşlarına qədər xəstəliklərin profilaktikasına uyğun olaraq, müxtəlif aylarda müvafiq peyvənd vurulur. Respublikada istifadə olunan vaksinlərə gəlincə, hepatit B xəstəliyinə qarşı peyvənd üçün 1-10, vərəm əleyhinə peyvənd üçün 10 dozalıq, poliomielitə qarşı peyvənd üçün də 10 dozalıq flakonlar istifadə olunur.
HƏQİQƏT
Vətəndaşlar Azərbaycanın “Milli peyvənd təqvimi” haqqında məlumatları onlayn ala biləcəklər
Bundan sonra vətəndaşlar immunlaşdırma təqvimi haqqında məlumatları onlayn ala biləcəklər. Belə ki, əhalinin bununla bağlı dərhal məlumatlandırılması üçün bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.Mərkəzdən bildirilib ki, müvafiq xidmətin təşkili “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin 2011-ci il tarixli fərmanına, eləcə də “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna, “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarına əsaslanır. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən icra olunan bu xidmət informativ olmaqla, ödənişsiz həyata keçirilir.
Peyvəndlərlə bağlı bu xidmət hər bir şəxsə “sehiyye.gov.az/immunoprofilaktika_uzre_veb_resurs.html” internet ünvanı vasitəsilə təqdim edilir. İstifadəçilər üçün daim açıq olan sözügedən xidmətin istifadəsində hər hansı qaydada məhdudiyyət yoxdur.
Qeyd edək ki, Azərbaycanın “Milli peyvənd təqvimi”nə görə, uşaqlara doğumdan sonra 12 saat ərzində başlayaraq, 6 yaşlarına qədər xəstəliklərin profilaktikasına uyğun olaraq, müxtəlif aylarda müvafiq peyvənd vurulur. Respublikada istifadə olunan vaksinlərə gəlincə, hepatit B xəstəliyinə qarşı peyvənd üçün 1-10, vərəm əleyhinə peyvənd üçün 10 dozalıq, poliomielitə qarşı peyvənd üçün də 10 dozalıq flakonlar istifadə olunur.
HƏQİQƏT
Baxış sayı: 1414
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib