Tarix:08/07/11
Yaradıcı və testerlərə yenilik “Windows”, “Mac OS” və “Linux” əməliyyat sistemləri üçün versiya şəklində təklif edilib. “Mozilla” bildirib ki, “Firefox 7” bir neçə innovasiyadan ibarətdir, bu da səyyahın sistemdə təxminən 30% aşağı yaddaş sərf etməsinə gətirib çıxardır.
İkinci əhəmiyyətli yenilik "zibil yığıcısı" olub. Bu, səyyahdaxili bir prosesdir, hansı ki düzgün işləyərək, sistemdən zərərverici səyyah proseslərini təmizləyir, həmçinin hal-hazırda “Firefox 7” daxilində işləyən prosesləri optimallaşdırır. Yaradıcıların sözünə görə, bu yenilik də, həmçinin səyyahın yaddaşla işinə müsbət təsir edir.
“Firefox 7”-də dəstəklənən yeni funksiyalara gəlincə, onların çox hissəsi "gələcək veb"ə yönəldilib. Burada veb-tayminq, “HTML5 Canvas” və mətn təsvirinin yaxşılaşdırılmış mühərriki üçün “Azure Direct2D” aparat sürətləndirmə dəstəyi elan edilib. “CSS3” dəstəyi yaxşılaşdırılıb və məlumatların “Firefox”un digər versiyaları ilə sinxronlaşdırması üzrə yeni imkanlar əlavə edilib.
“Mozilla” “Firefox 7” səyyahının “Aurora” versiyasını istifadəyə verir
“Firefox” veb səyyahının yaradıcıları bu gün “Firefox 7” səyyahının “Aurora” versiyasını təqdim ediblər. “Firefox 7” hələ ki yalnız yaradıcı və səyyah testerlərinin sərəncamındadır. “Firefox” istifadəçilərinin əsas hissəsi ən azı beta versiyanı gözləməli olacaqlar.Yaradıcı və testerlərə yenilik “Windows”, “Mac OS” və “Linux” əməliyyat sistemləri üçün versiya şəklində təklif edilib. “Mozilla” bildirib ki, “Firefox 7” bir neçə innovasiyadan ibarətdir, bu da səyyahın sistemdə təxminən 30% aşağı yaddaş sərf etməsinə gətirib çıxardır.
İkinci əhəmiyyətli yenilik "zibil yığıcısı" olub. Bu, səyyahdaxili bir prosesdir, hansı ki düzgün işləyərək, sistemdən zərərverici səyyah proseslərini təmizləyir, həmçinin hal-hazırda “Firefox 7” daxilində işləyən prosesləri optimallaşdırır. Yaradıcıların sözünə görə, bu yenilik də, həmçinin səyyahın yaddaşla işinə müsbət təsir edir.
“Firefox 7”-də dəstəklənən yeni funksiyalara gəlincə, onların çox hissəsi "gələcək veb"ə yönəldilib. Burada veb-tayminq, “HTML5 Canvas” və mətn təsvirinin yaxşılaşdırılmış mühərriki üçün “Azure Direct2D” aparat sürətləndirmə dəstəyi elan edilib. “CSS3” dəstəyi yaxşılaşdırılıb və məlumatların “Firefox”un digər versiyaları ilə sinxronlaşdırması üzrə yeni imkanlar əlavə edilib.
Baxış sayı: 1095
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib