Tarix:11/05/12
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə SMPDK-dan məlumat verilib. Komitədən qeyd edilib ki, bu xidmət sözügedən sahədə müraciətin və sənədlərin qəbulunu və bu barədə vətəndaşlara ətraflı məlumatların verilməsini əhatə edir: ”Elektron xidmətin göstərilməsinə “Patent haqqında” qanun, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezidentin 2011-ci il 23 may tarixli fərmanı hüquqi əsas verir.
Xidmətin icraçısına gəlincə, sənaye mülkiyyəti obyektlərinin reyestr məlumatlarından çıxarış verilməsi yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir”. İnformativ xidmətlərə daxil olan bu proses ödənişlidir. Belə ki, xidmətin əsas istifadəçiləri olan və Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər müvafiq bank hesabına dövlət rüsumunun ödənilməsi üçün köçürmə aparmalıdırlar.
Bu sahədə elektron xidmət “http://azstand.gov.az/?id=211&lang=1” internet ünvanı üzərindən təqdim edilir. Xidmətin icra müddətinə gəldikdə isə təqdim olunmuş sənədlərdə çatışmazlıq və ya imtina üçün əsas olmadıqda müraciət qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq çıxarış verilir: ”Komitə tərəfindən qəbul edilmiş müraciət xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə təqdim edilir.
Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar aşkarlandıqda ərizəçiyə bir aydan gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda bir ay ərzində bu barədə rəhbərliyə məlumat verilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti isə komitənin Patent şöbəsi həyata keçirir”.
HƏQİQƏT
İxtira və coğrafi göstəricilərin reyestr məlumatlarından çıxarış verilməsi qismən avtomatlaşdırılıb
Azərbaycanda ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üzrə elektron xidmət qismən avtomatlaşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən (SMPDK) həyata keçirilən bu xidmətlə bağlı inzibati reqlament hazırda ictimai müzakirədədir.Bu barədə “İCTnews” elektron xəbər xidmətinə SMPDK-dan məlumat verilib. Komitədən qeyd edilib ki, bu xidmət sözügedən sahədə müraciətin və sənədlərin qəbulunu və bu barədə vətəndaşlara ətraflı məlumatların verilməsini əhatə edir: ”Elektron xidmətin göstərilməsinə “Patent haqqında” qanun, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezidentin 2011-ci il 23 may tarixli fərmanı hüquqi əsas verir.
Xidmətin icraçısına gəlincə, sənaye mülkiyyəti obyektlərinin reyestr məlumatlarından çıxarış verilməsi yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir”. İnformativ xidmətlərə daxil olan bu proses ödənişlidir. Belə ki, xidmətin əsas istifadəçiləri olan və Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər müvafiq bank hesabına dövlət rüsumunun ödənilməsi üçün köçürmə aparmalıdırlar.
Bu sahədə elektron xidmət “http://azstand.gov.az/?id=211&lang=1” internet ünvanı üzərindən təqdim edilir. Xidmətin icra müddətinə gəldikdə isə təqdim olunmuş sənədlərdə çatışmazlıq və ya imtina üçün əsas olmadıqda müraciət qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq çıxarış verilir: ”Komitə tərəfindən qəbul edilmiş müraciət xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə təqdim edilir.
Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar aşkarlandıqda ərizəçiyə bir aydan gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda bir ay ərzində bu barədə rəhbərliyə məlumat verilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti isə komitənin Patent şöbəsi həyata keçirir”.
HƏQİQƏT
Baxış sayı: 1162
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır