Tarix:08/07/11
Layihə çərçivəsində tələbələr 3 həftə boyunca iqtisadi analitik araşdırma apardılar. Onlar 2011-ci ildə “Azercell”də baş verən strateji dəyişiklikləri tədqiq etdilər. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz əsasında ortaya çıxan sualları cavablandırmağa çalışdılar. Onların missiyası müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdırmaq və həmin problemlərin qarşısının alınması üçün effektiv həlli yollarını təklif etmək olmuşdu.
Araşdırma hər biri 5 tələbədən ibarət olan 2 universitet komandası arasında aparılırdı. İştirakçılar İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu, Qafqaz Universitetinin isə İqtisadiyyat, Maliyyə və Biznesin idarə edilməsi fakültələrini təmsil edirdilər.
Bu araşdırma tələbələr üçün eyni zamanda biznesin inkişafı üzrə staj oldu. Çünki “Barama” ofisində “Azercell” əməkdaşları tərəfindən müxtəlif təlimlər, təqdimatlar keçirilirdi və bu da tələbələrə praktiki biliklərini artırmağa, həmçinin layihədə uğurlu iştirak etməyə kömək edirdi.
“Barama” layihəsi 2009-cu ildən fəaliyyət göstərir. Layihə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ düşüncələri olan, lakin bunu reallaşdırmaq imkanına malik olmayan gənclər üçündür. Bu istedadlı insanlar məhz “Barama” vasitəsilə öz ideyalarını gerçəkləşdirmək imkanı qazanıblar. Bu günə qədər layihəyə 600-dən çox ideya təqdim olunub. Hazırda bu ofisdə mobil telefonlar, smartfonlar, xüsusilə də “Blackberry” üçün proqram təminatı ilə bağlı, həmçinin internetlə əlaqəli müxtəlif layihələr həyata keçirilir.
Tələbələr “Azercell”dəki strateji dəyişiklikləri tədqiq etdilər
“Azercell”in yaratdığı “Barama” İnnovasiya Mərkəzi bu vaxta qədər müxtəlif layihələrə imza atıb. İndi isə istedadlı gənclərin ocağına çevrilən bu mərkəzdə daha bir yeni və maraqlı proqram gerçəkləşdirildi.Layihə çərçivəsində tələbələr 3 həftə boyunca iqtisadi analitik araşdırma apardılar. Onlar 2011-ci ildə “Azercell”də baş verən strateji dəyişiklikləri tədqiq etdilər. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz əsasında ortaya çıxan sualları cavablandırmağa çalışdılar. Onların missiyası müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdırmaq və həmin problemlərin qarşısının alınması üçün effektiv həlli yollarını təklif etmək olmuşdu.
Araşdırma hər biri 5 tələbədən ibarət olan 2 universitet komandası arasında aparılırdı. İştirakçılar İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu, Qafqaz Universitetinin isə İqtisadiyyat, Maliyyə və Biznesin idarə edilməsi fakültələrini təmsil edirdilər.
Bu araşdırma tələbələr üçün eyni zamanda biznesin inkişafı üzrə staj oldu. Çünki “Barama” ofisində “Azercell” əməkdaşları tərəfindən müxtəlif təlimlər, təqdimatlar keçirilirdi və bu da tələbələrə praktiki biliklərini artırmağa, həmçinin layihədə uğurlu iştirak etməyə kömək edirdi.
“Barama” layihəsi 2009-cu ildən fəaliyyət göstərir. Layihə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ düşüncələri olan, lakin bunu reallaşdırmaq imkanına malik olmayan gənclər üçündür. Bu istedadlı insanlar məhz “Barama” vasitəsilə öz ideyalarını gerçəkləşdirmək imkanı qazanıblar. Bu günə qədər layihəyə 600-dən çox ideya təqdim olunub. Hazırda bu ofisdə mobil telefonlar, smartfonlar, xüsusilə də “Blackberry” üçün proqram təminatı ilə bağlı, həmçinin internetlə əlaqəli müxtəlif layihələr həyata keçirilir.
Baxış sayı: 1054
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır