12px13px15px17px
Tarix:16/05/12

Viruslar “Facebook” istifadəçilərinə hücum edir

“Trusteer” şirkətində çalışan mütəxəssislər “Zeus” troyan  proqramının yeni versiyasını aşkar ediblər. Bu virus ilk dəfə keçən il peyda olmuşdu. Modifikasiya edilmiş ziyanverici virus yenidən “Facebook”  sosial şəbəkəsinin istifadəçilərinə, həmçinin “Google”,  “Yahoo” və “Hotmail” şirkətlərinin onlayn-xidmətlərinə hücum edir.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, əksər troyan proqramları kimi “Zeus” da istifadəçilərə tanınmış məhsul və xidmətlərin saxta reklam elanlarını göstərir. Kimsə satınalmanın pulunu ödəmək istədikdə, troyan proqramı saxta forma göstərir. Həmin formaya plastik kart haqqında məlumatları daxil etmək lazımdır və troyan onlayn-bankinq sistemi ilə əlaqə mərhələsində həmin informasiyanı oğurlayır.







 
EMİL




Baxış sayı: 979

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024