12px13px15px17px
Tarix:08/07/11

“YouTube”nin yeni interfeysi

“YouTube” videohostinqi “Cosmic Panda” adlı yeni interfeys təqdim edib. Onun sayəsində “YouTube”nin çox hissəsi, həmçinin çarx, pleylist və kanallar başqa cür görsənəcək”- deyə xidmətin bloqunda bildirilib.
“Cosmic Panda” interfeysində "köhnə" “YouTube“dən fərqli rəng sxemi tətbiq edilib. Videoçarxlar ağ fonda deyil, tünd fonda göstərilir. Loqotip cüzi dəyişdirilib: dizaynerlər daha tünd çaların xeyrinə al-qırmızıdan imtina ediblər. Dəyişikliklər həm də idarəetmə elementlərində - düymə və siyahılarda olub. Pleylistlərdəki video üfüqi siyahı şəklində əks olunur. “YouTube”də şəxsi kanalların sahibləri öz səhifəsini fərdiləşdirməsi üçün daha çox alətə malik olublar.
Əgər yeni tərtibatı bəyənməsəniz, köhnə tərtibata qayıtmaq mümkündür. Məlumat üçün bildirək ki, “YouTube” videohostinqi 2005-ci ildən mövcuddur. 2006-cı ildən o, “Google” şirkətinə aiddir. Hər gün saytın ziyarətçiləri təxminən 3 milyard videoçarxa baxırlar.



Baxış sayı: 1130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024