Tarix:16/05/12
O qeyd edib ki, Serbiya ölkəmizlə kənd təsərrüfatı, qida sənayesi, aqrobiznes, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq və turizm kimi sahələrdə əməkdaşlıq etmək və bununla da mövcud olan iqtisadi əməkdaşlığı bir qədər də inkişaf etdirmək niyyətindədir.
İki ölkə arasında siyasi əlaqələrin iqtisadi əlaqələrdən daha çox inkişaf etdiyini bildirən səfir onu deyib ki, Serbiya iki ölkə arasında iqtisadi əlaqələri də siyasi əməkdaşlığın səviyyəsinə çatdırmaqda maraqlıdır: «Son iki il ərzində Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlıq kifayət qədər inkişaf edib. Lakin ticarət dövriyyəsinin həcminə baxdıqda görmək olar ki, ticarət əlaqələri istənilən səviyyədə deyil. Halbuki ticarət dövriyyəsinin artırılmasına böyük potensial mövcuddur».
SEYMUR
Serbiya Azərbaycanla İKT sahəsində əməkdaşlıq etmək niyyətindədir
Serbiya Azərbaycanla mövcud iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. Elə bu səbəbdəndir ki, hazırda Bakıda keçirilən XVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində bu ölkənin 15-dək şirkəti iştirak edir. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bildirib.O qeyd edib ki, Serbiya ölkəmizlə kənd təsərrüfatı, qida sənayesi, aqrobiznes, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq və turizm kimi sahələrdə əməkdaşlıq etmək və bununla da mövcud olan iqtisadi əməkdaşlığı bir qədər də inkişaf etdirmək niyyətindədir.
İki ölkə arasında siyasi əlaqələrin iqtisadi əlaqələrdən daha çox inkişaf etdiyini bildirən səfir onu deyib ki, Serbiya iki ölkə arasında iqtisadi əlaqələri də siyasi əməkdaşlığın səviyyəsinə çatdırmaqda maraqlıdır: «Son iki il ərzində Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlıq kifayət qədər inkişaf edib. Lakin ticarət dövriyyəsinin həcminə baxdıqda görmək olar ki, ticarət əlaqələri istənilən səviyyədə deyil. Halbuki ticarət dövriyyəsinin artırılmasına böyük potensial mövcuddur».
SEYMUR
Baxış sayı: 869
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır