Tarix:17/05/12
İnformasiya cəmiyyətində (İC) sənaye cəmiyyətindəki siyasi sistemdən fərqli, vətəndaşların siyasətdə birbaşa iştirakını vacib edən "elektron demokratik cəmiyyət" və yeni idarəetmə formaları yaranmaqdadır. Bu cəmiyyətin qurulmasının əsas məqsədi demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə vətəndaşların cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. İnformasiya cəmiyyətində demokratiyanın özünəməxsus prinsipləri mövcuddur.
Bu prinsiplər vətəndaşların hamısının və ya əksəriyyətinin qərar qəbul etmə prosesində iştirak etməsi, əsaslanmış qərar qəbul edilməsi məqsədi ilə lazımi informasiyalara əlyetərliyin təmini, mənfəət və gəlirlərin bütün vətəndaşlar arasında bölüşdürülməsi, siyasi məsələlərin həllinin inandırma və ümumi razılığa gəlmə üsulları ilə həyata keçirilməsindən ibarətdir.
Son illər dünya üzrə İKT dinamik inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, iqtisadi-sosial münasibətlərin tərkib hissəsinə çevrilib. İnkişaf etmiş ölkələrdə İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Azərbaycanda da İKT sahəsinin inkişaf etdirilməsi dövlətin diqqət mərkəzindədir və bu bəşəri proseslər ölkəmizdə ardıcıl olaraq həyata keçirilməkdədir.
Ölkəmiz İKT üzrə regionda qabaqcıl mövqeyini ildən-ilə möhkəmləndirməkdədir. İKT sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər qurulmuşdur, ölkəmizin yüksək texnologiyalar sektorunun imkanlarının inkişaf etdirilməsi müvafiq təşkilatların, eləcə də elmi qurumların diqqət mərkəzindədir. Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biri kimi uğurla həyata keçirilir. Bu siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.
Bu strateji istiqamət onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq uğurla başa çatdırılan "Elektron Azərbaycan" Dövlət Proqramının birinci mərhələsi çərçivəsində ölkəmizdə İKT sektorunun inkişaf etdirilməsi, informasiya cəmiyyətinin qurulması istiqamətində bir sıra uğurlara nail olunub.
Hazırda müvafiq Dövlət proqramının ikinci mərhələsi üzrə tədbirlər həyata keçirilir. Bu mərhələdə informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron xidmətlərin təşkilinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına dair məsələlərin həlli nəzərdə tutulur.
Məlum olduğu kimi, hər il 17 may tarixi bir çox ölkələrdə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. 2006-cı ildən etibarən hər il qeyd olunan bu günün təyin olunmasında əsas məqsəd İKT-nin cəmiyyətin inkişafında olan mühüm rolunu qeyd etməkdir. 2006-cı ilin noyabr ayında BMT Baş Assambleyasının 68 saylı qətnaməsi ilə 17 may tarixi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Hər il bir mövzuya diqqət çəkən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün yaradıcıları bu il "İKT-də qadınlar və qızlar" mövzusunu gündəmə gətirib.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture öz müraciətində bildirib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişafı üzrə bünövrəni təmin edir.
"Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün "İKT-də qadınlar və qızlar" mövzusu Yer kürəsi əhalisinin vacib cinsi olan qadınların kişi cinsi ilə yanaşı, gələcək inkişafının təmin edilməsinə yönəlib.
Qadınlar cəmiyyətimizin əsasını təşkil edir. Onlar bütün ailə və cəmiyyətlərdə dayaq rolunu oynayır. Lakin bununla belə gender qeyri-bərabərliyi hələ də dərin kök salıb. Belə vəziyyət qəbuledilməzdir və onu ixtiyarımızda olan bütün vasitələrdən istifadə edərək yoluna qoymaq lazımdır".
Qeyd edək ki, kişilər və qadınlar arasında bərabərlik BMT Nizamnaməsində yer alan əsas insan hüquqlarından və BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin əsas vəzifələrindən biridir.
Elə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun da bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu olaraq qadın və qızlara qarşı diqqətin vurğulanması faktını alqışlayır.
O bildirib ki, qadınlar və qızlar artıq bir çox sahələrdə informasiya və kommunikasiya texnologiya xidmətlərindən faydalana bilirlər. E-ticarət sahibkarlıq imkanlarını genişləndirir. Mobil telefonlar doğum prosesinin daha təhlükəsiz keçməsinə yardım edir. Əvvəllər mümkün olmadığı halda, indi elektron sosial şəbəkələr bütün dünya qadınlarının demokratiya, ləyaqət və insan hüquqları uğrunda mübarizə üçün səfərbər olmalarına imkan yaradır".
Baş katib rəqəmsal fərqlilik və gender boşluğunu aradan qaldırmaq üçün hər kəsi genişmiqyaslı işlər görməyə səsləyib. "Hər bir şəxs informasiya və telekommunikasiya texnologiyalarından yüksək dərəcədə yararlanmağı bacarmalı və görmək istədiyimiz gələcəyi yaratmağa kömək etməlidir".
Ekspertlər bu qənaətdədir ki, milli hökumətlər, özəl sektor, donorlar, vətəndaş cəmiyyəti və təhsil sahəsinin nümayəndələri peşəkar qadınların İKT sektorunun gələcək inkişafında, dinamik və rəqabətli xidmətin göstərilməsində oynaya biləcəkləri aparıcı rolu qəbul etməli və dəstəkləməlidir.
Sivil cəmiyyətlər üçün dünyada İKT sahəsində bir sıra bacarıqlara artan tələbat qızların və qadınların bu sahədəki yerini layiqincə müəyyən etmək və uğur qazanmaq məqsədilə onların ixtiyarına lazımi alətləri vermək üçün nadir imkandır.
Xüsusilə, İKT sektoru peşəkar qadınların qanunvericilik hakimiyyətinin ən yüksək pilləsinə irəliləməsinə yol açmaq və gənc qadınların İKT sektorunda karyeraya başlamaq məqsədilə səy göstərməsinə xidmət etmək üçün yaxşı vasitə hesab olunur.
Göründüyü kimi, gender bərabərsizliyi beynəlxalq təşkilatlar səviyyəsində narahatçılıq doğurur. Bir çox sahələrdə olduğu kimi, İKT sahəsində də kişilərin qadınlara nisbətən daha fəal olması diqqət çəkir. Qeyd olunduğu kimi, bu fərqi minimuma endirmək hədəf seçilib və məsələnin həlli yolları müzakirə mövzusudur.
Yeri gəlmişkən, qısa haşiyə çıxaraq qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2011-ci ilin yekunları üzrə apardığı sosioloji sorğunun nəticələrinə görə, ölkəmizdə əhali üzrə kompyuter istifadəçilərinin 58.9 faizi kişi, 37.6 faizi qadınlardır.
Aparılan statistikaya görə, müəssisələrdə olan internet istifadəçiləri arasında qadınlar kişilərlə müqayisədə daha aktivdir. Belə ki, müəssisələrdə internetdən istifadə edən kişilər 47,6 faiz təşkil etdiyi halda qadınlar 52,4 faizdir.
Məlumat üçün qeyd edək ki, ölkə üzrə internet istifadəçilərinin 60,5 faizi internetdən hər gün istifadə edir. Mövzunu davam etdirərək qeyd edək ki, "Socialbaker.com" saytının təqdim etdiyi son statistik göstəricilərə əsasən, hazırda Azərbaycanda "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin 766 140 nəfərin 36 faizi qadınlardır.
Sirr deyil ki, müasir dövrdə İKT hər bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsindən, intellektual potensialından xəbər verən sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən birinə çevrilib. Bu, dünyanın inkişaf edən, sivilizasiya və qloballaşmanı hədəf seçən əksər ölkələrində belədir.
O cümlədən Azərbaycanda da. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, ötən il kompyuteri olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi çəkisi 38 faizdir, ümumilikdə ölkə əhalisinin 48.0 faizi kompyuterdən istifadə edib.
Kompyuter istifadəçilərinin 46.9 faizi kompyuterdən yaşadığı evdə, 19.7 faizi işdə, 22.4 faizi təhsil müəssisəsində və s. istifadə edib.
Kompyuter istifadəçilərinin kompyuterdən istifadə tezliyinə görə bölgüsünə görə, orta hesabla kompyuterdən hər gün istifadə edən istifadəçilərin payı 61,4 faiz təşkil edib.
Bu gün ölkə üzrə ev təsərrüfatlarının 53,7 faizinin internetə çıxışı var.Ölkə üzrə internet istifadəçilərinin 60,5 faizi internetdən hər gün istifadə edir. Ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı isə 65-ə bərabərdir.
Qlobal informasiya cəmiyyəti şəraitində insan hüquqlarının və gender bərabərliyinin qorunması məsələləri bu gün bəşəriyyət qarşısında duran ən mühüm problemlərdən biridir. İnformasiya cəmiyyəti formalaşdıqca insan hüquqlarının təmin olunması üçün geniş imkanlar yaranır.
Çünki İnformasiya Cəmiyyətinin əsas məqsədi yaşından, cinsindən, irqindən, fiziki imkanlarından, bir sözlə, heç bir sosial mənsubiyyətindən asılı olmadan, insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, insanların düşündüklərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir.
İnformasiya cəmiyyətini sivilizasiyanın inkişaf tarixində yeni mərhələ kimi xarakterizə etsək, qısa müddət ərzində formalaşan bu cəmiyyətin təkamül prosesi keçdiyini deyə bilərik.
Bu gün cəmiyyətin həyatında informasiya və biliyin rolunun, daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması, insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılması labüddür.
İnformasiya cəmiyyətinin tərifini verərkən iqtisadçılar müxtəlif meyarlardan istifadə edirlər. Bunlar texnoloji, iqtisadi, əmək, məkan, istehlak və kreativ meyarlardır. Azərbaycanda informasiya cəmiyyətinin inkişafını bu meyarlardan istifadə edərək daha da təcəssüm etdirmək olar.
Bu gün İnformasiya Cəmiyyəti Günüdür
XX əsrin son onilliyindən başlayaraq informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı müxtəlif növ informasiyaların istifadəsi əsasında qurulan və informasiya cəmiyyəti adlanan yeni cəmiyyətin inkişafına təkan vermiş oldu. İKT-nin təsir dairəsi dövlət strukturları və vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sahələr, elm və təhsil, mədəniyyət və ümumiyyətlə, insanların bütün fəaliyyət sahələrini əhatə etdi.İnformasiya cəmiyyətində (İC) sənaye cəmiyyətindəki siyasi sistemdən fərqli, vətəndaşların siyasətdə birbaşa iştirakını vacib edən "elektron demokratik cəmiyyət" və yeni idarəetmə formaları yaranmaqdadır. Bu cəmiyyətin qurulmasının əsas məqsədi demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə vətəndaşların cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. İnformasiya cəmiyyətində demokratiyanın özünəməxsus prinsipləri mövcuddur.
Bu prinsiplər vətəndaşların hamısının və ya əksəriyyətinin qərar qəbul etmə prosesində iştirak etməsi, əsaslanmış qərar qəbul edilməsi məqsədi ilə lazımi informasiyalara əlyetərliyin təmini, mənfəət və gəlirlərin bütün vətəndaşlar arasında bölüşdürülməsi, siyasi məsələlərin həllinin inandırma və ümumi razılığa gəlmə üsulları ilə həyata keçirilməsindən ibarətdir.
Son illər dünya üzrə İKT dinamik inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, iqtisadi-sosial münasibətlərin tərkib hissəsinə çevrilib. İnkişaf etmiş ölkələrdə İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Azərbaycanda da İKT sahəsinin inkişaf etdirilməsi dövlətin diqqət mərkəzindədir və bu bəşəri proseslər ölkəmizdə ardıcıl olaraq həyata keçirilməkdədir.
Ölkəmiz İKT üzrə regionda qabaqcıl mövqeyini ildən-ilə möhkəmləndirməkdədir. İKT sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər qurulmuşdur, ölkəmizin yüksək texnologiyalar sektorunun imkanlarının inkişaf etdirilməsi müvafiq təşkilatların, eləcə də elmi qurumların diqqət mərkəzindədir. Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biri kimi uğurla həyata keçirilir. Bu siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.
Bu strateji istiqamət onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq uğurla başa çatdırılan "Elektron Azərbaycan" Dövlət Proqramının birinci mərhələsi çərçivəsində ölkəmizdə İKT sektorunun inkişaf etdirilməsi, informasiya cəmiyyətinin qurulması istiqamətində bir sıra uğurlara nail olunub.
Hazırda müvafiq Dövlət proqramının ikinci mərhələsi üzrə tədbirlər həyata keçirilir. Bu mərhələdə informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron xidmətlərin təşkilinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına dair məsələlərin həlli nəzərdə tutulur.
Məlum olduğu kimi, hər il 17 may tarixi bir çox ölkələrdə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. 2006-cı ildən etibarən hər il qeyd olunan bu günün təyin olunmasında əsas məqsəd İKT-nin cəmiyyətin inkişafında olan mühüm rolunu qeyd etməkdir. 2006-cı ilin noyabr ayında BMT Baş Assambleyasının 68 saylı qətnaməsi ilə 17 may tarixi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Hər il bir mövzuya diqqət çəkən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün yaradıcıları bu il "İKT-də qadınlar və qızlar" mövzusunu gündəmə gətirib.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture öz müraciətində bildirib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişafı üzrə bünövrəni təmin edir.
"Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün "İKT-də qadınlar və qızlar" mövzusu Yer kürəsi əhalisinin vacib cinsi olan qadınların kişi cinsi ilə yanaşı, gələcək inkişafının təmin edilməsinə yönəlib.
Qadınlar cəmiyyətimizin əsasını təşkil edir. Onlar bütün ailə və cəmiyyətlərdə dayaq rolunu oynayır. Lakin bununla belə gender qeyri-bərabərliyi hələ də dərin kök salıb. Belə vəziyyət qəbuledilməzdir və onu ixtiyarımızda olan bütün vasitələrdən istifadə edərək yoluna qoymaq lazımdır".
Qeyd edək ki, kişilər və qadınlar arasında bərabərlik BMT Nizamnaməsində yer alan əsas insan hüquqlarından və BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin əsas vəzifələrindən biridir.
Elə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun da bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu olaraq qadın və qızlara qarşı diqqətin vurğulanması faktını alqışlayır.
O bildirib ki, qadınlar və qızlar artıq bir çox sahələrdə informasiya və kommunikasiya texnologiya xidmətlərindən faydalana bilirlər. E-ticarət sahibkarlıq imkanlarını genişləndirir. Mobil telefonlar doğum prosesinin daha təhlükəsiz keçməsinə yardım edir. Əvvəllər mümkün olmadığı halda, indi elektron sosial şəbəkələr bütün dünya qadınlarının demokratiya, ləyaqət və insan hüquqları uğrunda mübarizə üçün səfərbər olmalarına imkan yaradır".
Baş katib rəqəmsal fərqlilik və gender boşluğunu aradan qaldırmaq üçün hər kəsi genişmiqyaslı işlər görməyə səsləyib. "Hər bir şəxs informasiya və telekommunikasiya texnologiyalarından yüksək dərəcədə yararlanmağı bacarmalı və görmək istədiyimiz gələcəyi yaratmağa kömək etməlidir".
Ekspertlər bu qənaətdədir ki, milli hökumətlər, özəl sektor, donorlar, vətəndaş cəmiyyəti və təhsil sahəsinin nümayəndələri peşəkar qadınların İKT sektorunun gələcək inkişafında, dinamik və rəqabətli xidmətin göstərilməsində oynaya biləcəkləri aparıcı rolu qəbul etməli və dəstəkləməlidir.
Sivil cəmiyyətlər üçün dünyada İKT sahəsində bir sıra bacarıqlara artan tələbat qızların və qadınların bu sahədəki yerini layiqincə müəyyən etmək və uğur qazanmaq məqsədilə onların ixtiyarına lazımi alətləri vermək üçün nadir imkandır.
Xüsusilə, İKT sektoru peşəkar qadınların qanunvericilik hakimiyyətinin ən yüksək pilləsinə irəliləməsinə yol açmaq və gənc qadınların İKT sektorunda karyeraya başlamaq məqsədilə səy göstərməsinə xidmət etmək üçün yaxşı vasitə hesab olunur.
Göründüyü kimi, gender bərabərsizliyi beynəlxalq təşkilatlar səviyyəsində narahatçılıq doğurur. Bir çox sahələrdə olduğu kimi, İKT sahəsində də kişilərin qadınlara nisbətən daha fəal olması diqqət çəkir. Qeyd olunduğu kimi, bu fərqi minimuma endirmək hədəf seçilib və məsələnin həlli yolları müzakirə mövzusudur.
Yeri gəlmişkən, qısa haşiyə çıxaraq qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2011-ci ilin yekunları üzrə apardığı sosioloji sorğunun nəticələrinə görə, ölkəmizdə əhali üzrə kompyuter istifadəçilərinin 58.9 faizi kişi, 37.6 faizi qadınlardır.
Aparılan statistikaya görə, müəssisələrdə olan internet istifadəçiləri arasında qadınlar kişilərlə müqayisədə daha aktivdir. Belə ki, müəssisələrdə internetdən istifadə edən kişilər 47,6 faiz təşkil etdiyi halda qadınlar 52,4 faizdir.
Məlumat üçün qeyd edək ki, ölkə üzrə internet istifadəçilərinin 60,5 faizi internetdən hər gün istifadə edir. Mövzunu davam etdirərək qeyd edək ki, "Socialbaker.com" saytının təqdim etdiyi son statistik göstəricilərə əsasən, hazırda Azərbaycanda "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin 766 140 nəfərin 36 faizi qadınlardır.
Sirr deyil ki, müasir dövrdə İKT hər bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsindən, intellektual potensialından xəbər verən sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən birinə çevrilib. Bu, dünyanın inkişaf edən, sivilizasiya və qloballaşmanı hədəf seçən əksər ölkələrində belədir.
O cümlədən Azərbaycanda da. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, ötən il kompyuteri olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi çəkisi 38 faizdir, ümumilikdə ölkə əhalisinin 48.0 faizi kompyuterdən istifadə edib.
Kompyuter istifadəçilərinin 46.9 faizi kompyuterdən yaşadığı evdə, 19.7 faizi işdə, 22.4 faizi təhsil müəssisəsində və s. istifadə edib.
Kompyuter istifadəçilərinin kompyuterdən istifadə tezliyinə görə bölgüsünə görə, orta hesabla kompyuterdən hər gün istifadə edən istifadəçilərin payı 61,4 faiz təşkil edib.
Bu gün ölkə üzrə ev təsərrüfatlarının 53,7 faizinin internetə çıxışı var.Ölkə üzrə internet istifadəçilərinin 60,5 faizi internetdən hər gün istifadə edir. Ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı isə 65-ə bərabərdir.
Qlobal informasiya cəmiyyəti şəraitində insan hüquqlarının və gender bərabərliyinin qorunması məsələləri bu gün bəşəriyyət qarşısında duran ən mühüm problemlərdən biridir. İnformasiya cəmiyyəti formalaşdıqca insan hüquqlarının təmin olunması üçün geniş imkanlar yaranır.
Çünki İnformasiya Cəmiyyətinin əsas məqsədi yaşından, cinsindən, irqindən, fiziki imkanlarından, bir sözlə, heç bir sosial mənsubiyyətindən asılı olmadan, insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, insanların düşündüklərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir.
İnformasiya cəmiyyətini sivilizasiyanın inkişaf tarixində yeni mərhələ kimi xarakterizə etsək, qısa müddət ərzində formalaşan bu cəmiyyətin təkamül prosesi keçdiyini deyə bilərik.
Bu gün cəmiyyətin həyatında informasiya və biliyin rolunun, daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması, insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılması labüddür.
İnformasiya cəmiyyətinin tərifini verərkən iqtisadçılar müxtəlif meyarlardan istifadə edirlər. Bunlar texnoloji, iqtisadi, əmək, məkan, istehlak və kreativ meyarlardır. Azərbaycanda informasiya cəmiyyətinin inkişafını bu meyarlardan istifadə edərək daha da təcəssüm etdirmək olar.
Baxış sayı: 2236
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır