Tarix:17/05/12
Şirkətdən bildiriblər ki, ən çox kompyuter Bakı şəhərində (2866), Naxçıvan Muxtar Respublikasında (1705), Gəncədə (810), Salyan (688), Şirvan (614), Sabirabad (613), Kürdəmir (602), Neftçala (559) və Quba (499) regionlarında satılıb.
Alıcıların ümumi sayı 17976 nəfər olub ki, bunun da 11173-ü qadınlar, 6803-ü kişilərdən ibarətdir. Satılan kompyuterlərin sayı alıcıların sayından 120 ədəd artıq olub. Belə ki, güzəştli layihədən yararlanan bəzi alıcılar birinci ödənişləri bitdikdən sonra ikinci kompyuteri əldə ediblər.
Ümumilikdə kompyuterlərin satış həcminin təqribən 96 faizi müəllimlərin, 4 faizi isə tələbə, şagird və səhiyyə işçilərinin payına düşüb. Layihə çərçivəsində satılan kompyuterlərin 90 faizindən çoxunu portativ texnika təşkil edib.
Qeyd edək ki, «Xalq kompyuteri» layihəsinin məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompyuterlər və lisenziyalı proqram təminatı əldə etmələri üçün şəraitin yaradılması, regionlarda İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) dayanıqlı tətbiqinin genişləndirilməsi vasitəsilə "rəqəmsal bərabərsizliyin" aradan qaldırılması, eləcə də Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "elektron hökumət"in inkişafına yönəldilmiş fəaliyyətinə dəstək olmaqdan ibarətdir.
Hazırda layihə orta məktəb müəllimləri və şagirdlərinin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələrinə faizsiz olaraq 12 ay müddətinə kreditlə və bazar qiymətlərindən 25-40% aşağı qiymətlərlə kompyuterə sahib olmaq imkanını təqdim edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir və təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Layihədə, həmçinin "Azercell" və "Azerfon" mobil rabitə operatorları iştirak edir. Kompyuterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu "Azərpoçt" MMC tərəfindən həyata keçirilir.
CAHANGİR
“Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı 18 mini ötüb
Hazırda “Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı 18096 ədəd təşkil edir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “BestComp Group” şirkətindən məlumat verilib.Şirkətdən bildiriblər ki, ən çox kompyuter Bakı şəhərində (2866), Naxçıvan Muxtar Respublikasında (1705), Gəncədə (810), Salyan (688), Şirvan (614), Sabirabad (613), Kürdəmir (602), Neftçala (559) və Quba (499) regionlarında satılıb.
Alıcıların ümumi sayı 17976 nəfər olub ki, bunun da 11173-ü qadınlar, 6803-ü kişilərdən ibarətdir. Satılan kompyuterlərin sayı alıcıların sayından 120 ədəd artıq olub. Belə ki, güzəştli layihədən yararlanan bəzi alıcılar birinci ödənişləri bitdikdən sonra ikinci kompyuteri əldə ediblər.
Ümumilikdə kompyuterlərin satış həcminin təqribən 96 faizi müəllimlərin, 4 faizi isə tələbə, şagird və səhiyyə işçilərinin payına düşüb. Layihə çərçivəsində satılan kompyuterlərin 90 faizindən çoxunu portativ texnika təşkil edib.
Qeyd edək ki, «Xalq kompyuteri» layihəsinin məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompyuterlər və lisenziyalı proqram təminatı əldə etmələri üçün şəraitin yaradılması, regionlarda İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) dayanıqlı tətbiqinin genişləndirilməsi vasitəsilə "rəqəmsal bərabərsizliyin" aradan qaldırılması, eləcə də Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "elektron hökumət"in inkişafına yönəldilmiş fəaliyyətinə dəstək olmaqdan ibarətdir.
Hazırda layihə orta məktəb müəllimləri və şagirdlərinin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələrinə faizsiz olaraq 12 ay müddətinə kreditlə və bazar qiymətlərindən 25-40% aşağı qiymətlərlə kompyuterə sahib olmaq imkanını təqdim edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir və təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Layihədə, həmçinin "Azercell" və "Azerfon" mobil rabitə operatorları iştirak edir. Kompyuterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu "Azərpoçt" MMC tərəfindən həyata keçirilir.
CAHANGİR
Baxış sayı: 1745
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı