12px13px15px17px
Tarix:17/05/12

BTİ baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş müraciəti

"İKT-də qadınlar və qızlar"


İnformasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişafı üzrə bünövrəni təmin edir.

Bu il biz Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günündə qadınların və qızların marağı naminə İKT-nin bütün potensialını gender ayrı-seçkiliyinin aradan qaldırılması və onların məqsəd və arzularına nail olması üçün hüquqlarının genişləndirilməsi vasitəsilə işə salmağa hazırıq.

Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün "İKT-də qadınlar və qızlar" mövzusu Yer kürəsi əhalisinin vacib cinsi olan qadınların kişi cinsi ilə yanaşı gələcək inkişafının təmin edilməsinə yönəlib.

Qadınlar cəmiyyətimizin əsasını təşkil edir. Onlar bütün ailə və cəmiyyətlərdə dayaq rolunu oynayır. Lakin bununla belə gender qeyri-bərabərliyi hələ də dərin kök salıb. Qadınlar və qızlar baza səhiyyə və təhsildən yaralana bilmirlər, eləcə də işdə bərabər imkanlara malik deyillər. Onlar iqtisadi, siyasi və sosial sahələrdə qərarlar qəbul edilən zaman ayrı-seçkiliklə qarşılaşırlar və tez-tez zorakılıq və təzyiqlərə məruz qalırlar.
Belə vəziyyət qəbuledilməzdir və onu ixtiyarımızda olan bütün vasitələrdən istifadə edərək yoluna qoymaq lazımdır.

Kişilər və qadınlar arasında bərabərlik BMT Nizamnaməsində yer alan əsas insan hüquqlarından və BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin əsas vəzifələrindən biridir. İKT bu məqsədə nail olmaq üçün irəliləyişi sürətləndirməyə kömək edə biləcək alətdir və məhz buna görə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurası yeni rəqəmsal imkanların göstərilməsi üçün İKT-nin bütün gücündən istifadə edərək ayrı-seçkiliyə son qoymaq və qadın və qızlara dünyada haqlı olaraq layiq olduqları yeri tutmağa imkan vermək üçün bu il diqqətimizi qadın və qızlarla bağlı olan məsələlərə yönəltməyi təklif edib.

İKT-nin belə tətbiqi hər ananın, qız və qadının təkcə dünyaya göz açandan sonra deyil, həm də doğuşdan əvvəlki tibbi xidmətin göstərilməsindən başlayaraq teletibb və digər vasitələrin köməyi ilə ayrı-ayrı ucqar cəmiyyətləri əhatə etməklə ayrılmaz hüquqlarına zəmanət verməlidir.

Mən BTİ-yə üzv dövlətlərə, sektor və assosiativ üzvlərə, eləcə də akademik təşkilatlara və vətəndaş qruplarına qadınlar və qızların bütün dünya cəmiyyətlərində İKT-dən tammiqyaslı şəkildə istifadə etməsi, onların informasiya və biliklərlə zənginləşməsi, öz hüquqlarından xəbərdar olması və bütün mövcud rəqəmsal imkanlardan yararlanmasına çağırıram.

Həmçinin bizim digər tərəfdaşlarımıza və maraqlı tərəflərə - siyasi liderlərə, direktiv və tənzimləyici orqanlara, operatorlara, sahə təşkilatları və vətəndaş cəmiyyətinə qadınlar və qızlar arasında İKT-nin imkanlarının genişləndirilməsinə kömək edəcək siyasət və strategiya qəbul etmək üçün müraciət edirəm.
Milli hökumətlər, özəl sektor, donorlar, vətəndaş cəmiyyəti və təhsil sahəsinin nümayəndələri peşəkar qadınların İKT sektorunun gələcək inkişafında , dinamik və rəqabətli xidmətin göstərilməsində oynaya biləcəkləri aparıcı rolu qəbul etməli və dəstəkləməlidir.

Dünyada İKT sahəsində bir sıra bacarıqlara artan tələbat qızların və qadınların sahədəki yerini layiqincə müəyyən etmək və uğur qazanmaq məqsədilə onların ixtiyarına lazımi alətləri vermək üçün nadir imkandır.

Xüsusilə, İKT sektoru peşəkar qadınların qanunvericilik hakimiyyətinin ən yüksək pilləsinə irəliləməsinə yol açmaq və gənc qadınların İKT sektorunda karyeraya başlamaq məqsədilə səy göstərməsinə xidmət etmək üçün vasitə ola bilər.

Sizdən bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününü qadınların və qızların xüsusi ehtiyaclarına böyük diqqət yetirməklə, onlar arasında hazırda və gələcəkdə imkanların yaradılmasında yeni yanaşmalar formalaşdırmaq üçün İKT-nin üstünlüklərini yaymaqla bayram etməyi təkid edirəm. Bərabər imkanlı və ədalətli cəmiyyət bütün dünyada sülh və çiçəklənmənin əsasını təşkil edir.

Hamadun Ture
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi





Baxış sayı: 1318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024