12px13px15px17px
Tarix:18/05/12

İran “Google” şirkətini məhkəməyə verəcək?!

İran hakimiyyəti dünyanın ən böyük axtarış sistemi olan “Google” şirkətinə qarşı məhkəmədə iddia qaldırmaq niyyəti haqqında elan edib. Buna səbəb “Google”-un kartoqrafiya xidmətində Fars körfəzinin adının olmamasıdır.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəstin İranın “Mehr” agentliyinə verdiyi məlumata görə, əgər körfəzin adı tezliklə bərpa olunmasa, “Google” şirkəti "ciddi zərərə" məruz qalacaq.

Bundan əlavə, Mehmanpərəst qeyd edib ki, Tehran internet-nəhəngə artıq mümkün ola biləcək məhkəmə iddiası haqqında xəbərdarlıq edib.
 



EMİL




Baxış sayı: 1536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024