Tarix:18/05/12
Bu səbəbdən Azərbaycan Respublikası Prezidenti tərəfindən "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli Fərman imzalanıb. Fərmanın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən də məqsədyönlü işlər görülməkdədir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev bu barədə "İCTnews.az" elektron xəbər xidmətinə bildirib ki, ƏƏSMN-in rəsmi internet informasiya resursu üzərində "Elektron xidmət" bölməsi (http://www.mlspp.gov.az/service.php) yaradılıb: «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191№ - li qərarı ilə «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin Siyahısı» təsdiq edilib. Həmin siyahıda digər nazirlik və komitələrlə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək 18 elektron xidmət sahəsi müəyyən olunub».
A.Əliyevin sözlərinə görə, nazirlik tərəfindən göstəriləcək elektron xidmət növlərinin Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğunlaşdırılaraq bir daha dəqiqləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 20 dekabr 2011-ci il tarixli 26/14-207 nömrəli məktubu icra olunub və dəqiqləşdirilmiş siyahı Nazirlər Kabinetinə təqdim olunub: «Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən nazirliyə ünvanlanmış 03 aprel 2012-ci il tarixli 26/14-17 nömrəli məktuba əsasən, yenidən tərtib edilmiş «Elektron xidmət növlərinin Siyahısı»na nazirliyin müvafiq struktur bölmələri tərəfindən baxılıb, yenidən tərtib edilib «Elektron xidmət növlərinin Siyahısı» ilə bağlı nazirlik tərəfindən rəy və təklifin olmadığı barədə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məlumat verilib.
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət sahələrinin yenidən tərtib olunmuş siyahısı elektron xidmət bölməsində əksini tapıb. Onlar aşağıdakılardır:
1. Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu;
2. Peşə seçimi ilə bağlı onlayn testləşdirmə;
3. Məşğulluq orqanları vasitəsilə iş axtarışı;
4. İşəgötürənlərin hesabatlarının onlayn təqdim olunması;
5. İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu;
6. İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru;
7. İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi;
8. Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu;
9. Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu
10.Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator;
11. Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu.
"Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu", ``Peşə seçimi ilə bağlı onlayn testləşdirmə``, "Məşğulluq orqanları vasitəsilə iş axtarışı", ``Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator``, ``İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi`` kimi xidmətlər artıq fəaliyyət göstərir. Digər e-xidmət növlərinin də yaxın günlərdə aktivləşdirilməsi təmin olunacaqdır».
A.Əliyev deyib ki, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın icrası işlərini həyata keçirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 yanvar 2012-ci il tarixli 11/7-03 nömrəli əmri ilə nazirlikdə 10 nəfərdən ibarət İşçi Qrup yaradılıb.
Şöbə müdiri əlavə edib ki, "Elektron xidmət" bölməsində göstəriləcək elektron xidmət növlərinin adları, həmin xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahıları göstərilir və bu xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq sənədlərin skan edilmiş elektron formalarının yerləşdirilməsi təmin olunur.
Vətəndaşlar təqdim olunan e-xidmətlərin hər biri üzrə sərbəst və maneəsiz müraciət etmək imkanına malikdirlər: «Qeyd olunan 11 növ e-xidmətin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Xidmətlər Reyestrində qeydiyyata alınması üçün zəruri tədbirlər görülüb, onlardan bir qismi "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi Elektron Xidmətlər Portalında istifadəyə verilib.
«Elektron xidmət» bölməsinə müraciət edən şəxslər tərəfindən "Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu" və "Məşğulluq orqanları vasitəsilə iş axtarışı" kimi xidmət bölmələri üzrə müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbulu və bu barədə həmin sənədləri göndərən şəxsə cavab olaraq təsdiqetmə bildirişinin göndərilməsi təmin edilir. Elektron formada göndərilmiş sənədlərə qanunvericilikdə müəyyən olunmuş qaydada və 15 gün ərzində baxılır. İnformativ elektron xidmətlərdə sənəd tələb olunmur».
A.Əliyevin bildirdiyinə görə, elektron xidmət bölümü vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təminatı üçün zəruri texniki işlər görülür. Belə ki, elektron xidmətlər üzrə daxil olan bütün məlumatlar əvvəlcədən filtrasiya edilir və bu, hansısa bir ziyanlı kod, yaxud digər mənfi təsirli alətlərin daxil edilməsinin qarşısını alır. Fərdi məlumatların saxlandığı "Verilənlər bazası" xüsusi proqram təminatı ilə qorunur və daimi administratorlar tərəfindən nəzarətdə saxlanılır: «Yeri gəlmişkən, bildirim ki, nazirlik tərəfindən Fərmanın 2-ci bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər barədə Nazirlər Kabinetinə ayda bir dəfə məlumat təqdim edilir».
Şöbə müdiri onu da deyib ki, "Vətəndaşların müraciətlərinə baxılması işində səmərəliliyin artırılması və icra intizamına nəzarətin gücləndirilməsi haqqında" 14 mart 2012-ci il tarixli 11/7-21 nömrəli əmrə əsasən, nazirliyin müvafiq qurumları tərəfindən vətəndaş müraciətlərinin qəbulu, onlara baxılması və cavablandırılmasında elektron imkanlardan istifadə nəzərdə tutulub.
Nazirliyin aktiv e-xidmətləri üzrə 2011-ci ilin ikinci yarısı və cari ilin birinci rübü ərzində 1000-dən artıq e-müraciət qəbul olunub və onların qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində baxılaraq cavablandırılması təmin olunub.
Onun sözlərinə görə, göstərilən bütün e-xidmətlər ödənişsiz həyata keçirilir: «Nazirliyin rəsmi internet informasiya resursunun və müvafiq xüsusi elektron xidmət bölməsinin yaradılması məqsədilə Dünya Bankının "Sosial Müdafiənin İnkişafı" layihəsinin İcra Qrupu tərəfindən müvafiq məbləğdə vəsait ayrılıb. Həmçinin e-xidmətlərin göstərilməsində iştirak edən məsul əməkdaşların elektron imza ilə təmin edilməsi işləri görülməkdədir.
Görülmüş işlərlə yanaşı, hazırda zəruri proqram təminatlarının sifarişi, texniki avadanlıqların, o cümlədən serverlərin alınması, kadr potensialının peşəkarlığının artırılması və s. ilə bağlı məsələlərin həlli istiqamətində ciddi işlər aparılır.
Qeyd etmək lazımdır ki, nazirliyin Məlumat İdarəetmə Sisteminin (MİS) və İnformasiya Texnologiyaları şəbəkəsinin quraşdırılması və istismarı Dünya Bankı ilə birgə həyata keçirilmiş ``Pensiya və Sosial Təminat`` layihəsi (2010-cu ildə başa çatdırılmışdır) və hazırda icra olunan ``Sosial Müdafiənin İnkişafı`` layihəsi çərçivəsində davam etdirilir.
Elektron xidmətlərin tətbiqi nəticə etibarilə həyata keçirilən sosial müdafiə tədbirlərində şəffaflığın təmin olunmasına, dövlət qayğısının aztəminatlı vətəndaşlara çatdırılmasında məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və rüşvətxorluğa şərait yaradan halların institusional səviyyədə aradan qaldırılmasına, əhaliyə xidmətin müasirləşdirilməsi və dövlət xidmətlərindən istifadə mexanizminin vətəndaşlar üçün daha rahat və sadə şəkildə qurulmasına, nazirlik tərəfindən xidmət göstərilən 1,5 milyona qədər əhali kontingenti ilə daimi qarşılıqlı ünsiyyətin daha çevik və operativ təşkilinə, sosial müdafiə sisteminin əhaliyə daha da yaxınlaşdırılmasına şərait yaradacaq».
Seymur QASIMBƏYLİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “elektron hökumət” quruculuğu istiqamətində bir sıra işlər görüb
Ölkəmizdə müasir dövlət quruculuğunun geniş vüsət aldığı indiki dövrdə əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi və görülən işlərdə şəffaflığın artırılmasında elektron nailiyyətlərdən istifadə mexanizminin genişlənməsi xüsusi əhəmiyyət kəsb edir.Bu səbəbdən Azərbaycan Respublikası Prezidenti tərəfindən "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli Fərman imzalanıb. Fərmanın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən də məqsədyönlü işlər görülməkdədir.

Baxış sayı: 3069
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır