12px13px15px17px
Tarix:19/05/12

“Bakcell” “Baku Crystal Hall” kompleksinin texniki təchizatına 2 milyon manat ayırıb

Azərbaycanın mobil rabitə operatoru “Bakcell” şirkəti  “Baku Crystal Hall” kompleksinin  texniki təchizatına 2 milyon manat ayırıb. Hazırda kompleksdə 30 mindən artıq abonent şirkətin göstərdiyi servislərdən istifadə edə bilər.

Şirkətin texniki direktoru Yeqit Bektaş bildirib ki,  “Bakcell” şəbəkəsinin inkişafına ilin sonunadək 70 milyon manat sərmayə yatırılacaq.

“Bakcell” şəbəkəsi ölkə əhalisinin 99 faizini, ölkə ərazisinin 92 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar  sahəsində lider olan şirkət, “Sür@” xidməti və yeni tərəfdaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və  7 müştəri xidmətləri mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.




Baxış sayı: 1740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024