Tarix:19/05/12
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda Avropa tədqiqatçıları bildiriblər ki, onlar memristoru daha ucuz üsulla istehsal etmək prosesini öyrəniblər.
Memristorun ilk işlək prototipi hələ 2008-ci ildə təqdim edilmişdi. Memristor adı ingilis sözü olan “memory” və “resistor”dan yaranıb.
Bu komponentin müqaviməti ondan hansı gərginliyin keçməsindən asılı olaraq dəyişir. Həm də memristor öz elektron vəziyyətini ondan elektrik cərəyanı keçmədikdə belə saxlayır.
Mühəndislər qeyd ediblər ki, memristor əsasında hazırlanan yaddaşın sürəti müasir “DRAM” yaddaş və enerjidən asılı fləş-yaddaşın sürəti qədər ola bilər. Beləliklə, yeni yaddaş hər iki yaddaş növünü əvəz edə bilər.
London Universitet Kollecində çalışan Antoni Kenyonun sözlərinə görə, hazırda tədqiqatçılar memristoru real qurğularda tətbiq etmək üzərində çalışırlar.
EMİL
Memristor əsasında qurğuların istehsalı reallaşır
Tədqiqatçılar qrupu prinsipial olaraq yeni kompyuter yaddaşının yaradılmasına yol açan yeni texnologiya haqqında məlumat veriblər. "Memristor" adlı qurğunun nəzəri həlli çoxdan hazır idi, lakin onu təcrübədə tətbiq etmək yalnız bu yaxınlarda mümkün olub."İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda Avropa tədqiqatçıları bildiriblər ki, onlar memristoru daha ucuz üsulla istehsal etmək prosesini öyrəniblər.
Memristorun ilk işlək prototipi hələ 2008-ci ildə təqdim edilmişdi. Memristor adı ingilis sözü olan “memory” və “resistor”dan yaranıb.
Bu komponentin müqaviməti ondan hansı gərginliyin keçməsindən asılı olaraq dəyişir. Həm də memristor öz elektron vəziyyətini ondan elektrik cərəyanı keçmədikdə belə saxlayır.
Mühəndislər qeyd ediblər ki, memristor əsasında hazırlanan yaddaşın sürəti müasir “DRAM” yaddaş və enerjidən asılı fləş-yaddaşın sürəti qədər ola bilər. Beləliklə, yeni yaddaş hər iki yaddaş növünü əvəz edə bilər.
London Universitet Kollecində çalışan Antoni Kenyonun sözlərinə görə, hazırda tədqiqatçılar memristoru real qurğularda tətbiq etmək üzərində çalışırlar.
EMİL
Baxış sayı: 1348
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib