Tarix:21/05/12
Şirkət öz abunəçilərinə, bütün çətinlik və problemlərə baxmayaraq nümayiş etdirdikləri anlayışa görə dərin minnətdarlığını bildirir.
Baş vermiş texniki qəzanın nəticələrinin aradan qaldırılması məqsədi ilə “Nar Mobile”-ın işçi heyəti bütün gecə hadisə yerində çalışmış və qəzanın nəticələri tam olaraq aradan qaldırılmışdır. Hazırda dayanıqlı mobil rabitə tam təmin olunmuşdur.
"Hər zaman öz abunəçilərinə keyfiyyətli xidmət göstərən “Nar Mobile” ötən gün şəbəkəsində baş vermiş gözlənilməz qəza nəticəsində texniki problemlə qarşılaşıb. Qəza nəticəsində şəbəkəmizdə kəsintilər baş vermiş və problemlər yaşanmışdır.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün peşəkar işçi heyətimiz dərhal işə müdaxilə etmiş və abunəçilərimiz KİV vasitəsi ilə xəbərdar edilmişdir. Baş vermiş qəza ilə əlaqədar olaraq, mən ilk öncə “Nar Mobile” abunəçilərinə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, yaranmış problemlərə baxmayaraq, çətin anda belə bizə sadiq qalaraq, dözümlülük nümayiş etdiriblər.
Abunəçilərimizin dəstəyini dəyərləndirərək, yaşanmış narahatçılığın qarşılığında öz tərəfimizdən maraqlı təkliflər hazırlamışıq", - deyə “Azerfon” telekommunikasiya şirkətinin baş direktoru Yurgen Pitz bildirib.
“Nar Mobile” abunəçilərini sevindirmək üçün, hər bir abunəçisinin son 1 ay ərzində istifadə etdiyi ölkədaxili 1 günlük ortalama danışıq vaxtını balansına hədiyyə olaraq yükləyəcək. Bu balansı abunəçi 1 həftə ərzində istifadə edə biləcək.
“Nar Mobile” brendi ilə tanınan “Azerfon” telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsinin "3G" texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
“Nar Mobile” abunəçiləri şəbəkədə baş vermiş qəza ilə əlaqədar kompensasiya alacaqlar
“Nar Mobile” ötən gün şəbəkəsində baş vermiş qəza nəticəsində yaranan texniki problemləri tamamilə həll edib. Bu barədə “Azerfon” şirkətindən məlumat verilib.Şirkət öz abunəçilərinə, bütün çətinlik və problemlərə baxmayaraq nümayiş etdirdikləri anlayışa görə dərin minnətdarlığını bildirir.
Baş vermiş texniki qəzanın nəticələrinin aradan qaldırılması məqsədi ilə “Nar Mobile”-ın işçi heyəti bütün gecə hadisə yerində çalışmış və qəzanın nəticələri tam olaraq aradan qaldırılmışdır. Hazırda dayanıqlı mobil rabitə tam təmin olunmuşdur.
"Hər zaman öz abunəçilərinə keyfiyyətli xidmət göstərən “Nar Mobile” ötən gün şəbəkəsində baş vermiş gözlənilməz qəza nəticəsində texniki problemlə qarşılaşıb. Qəza nəticəsində şəbəkəmizdə kəsintilər baş vermiş və problemlər yaşanmışdır.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün peşəkar işçi heyətimiz dərhal işə müdaxilə etmiş və abunəçilərimiz KİV vasitəsi ilə xəbərdar edilmişdir. Baş vermiş qəza ilə əlaqədar olaraq, mən ilk öncə “Nar Mobile” abunəçilərinə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, yaranmış problemlərə baxmayaraq, çətin anda belə bizə sadiq qalaraq, dözümlülük nümayiş etdiriblər.
Abunəçilərimizin dəstəyini dəyərləndirərək, yaşanmış narahatçılığın qarşılığında öz tərəfimizdən maraqlı təkliflər hazırlamışıq", - deyə “Azerfon” telekommunikasiya şirkətinin baş direktoru Yurgen Pitz bildirib.
“Nar Mobile” abunəçilərini sevindirmək üçün, hər bir abunəçisinin son 1 ay ərzində istifadə etdiyi ölkədaxili 1 günlük ortalama danışıq vaxtını balansına hədiyyə olaraq yükləyəcək. Bu balansı abunəçi 1 həftə ərzində istifadə edə biləcək.
“Nar Mobile” brendi ilə tanınan “Azerfon” telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsinin "3G" texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Baxış sayı: 1596
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır