12px13px15px17px
Tarix:21/05/12

“Microsoft” sosial şəbəkə yaratdı

“Microsoft” korporasiyası “So.cl” adlı sosial şəbəkəsini istifadəyə verib. Bundan əvvəl Amerikanın 3 universitetinin tələbələri xidmətdən istifadə etmək imkanına malik idilər. “So.cl” sosial şəbəkəsindən hazırda hamı istifadə edə bilər.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “So.cl” sosial şəbəkəsi maraq dairələrinə görə   qrup yaratmaq və müxtəlif mövzular üzrə məlumat mübadiləsi etmək istəyən tələbələr üçün nəzərdə tutulub.

Tərtibatçıların sözlərinə görə, yeni sosial şəbəkə Mark Zukerberqin  “uşağı” ilə rəqabət aparmaq üçün nəzərdə tutulmayıb. “So.cl” sosial şəbəkəsinə yalnız “Windows Live” ilə deyil, həm də “Facebook” hesabından daxil olaraq istifadə etmək mümkündür.


 
EMİL




Baxış sayı: 1319

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024