12px13px15px17px
Tarix:09/07/11

Kuba əhalisinin 16%-i hərdən internetə daxil olur

Kuba hökumətinin rəsmi məlumatlarına əsasən, ölkə əhalisinin təxminən 16%-i saytlara və ya elektron poçta giriş əldə edərək, heç olmasa, hərdən internetə daxil olurlar. Bu göstərici Kubada qlobal şəbəkəyə giriş olması dövrü ərzində rekord göstəricidir. Kuba Milli Statistik İdarəsinin məlumatlarına əsasən, ada dövlətinin 11,2 milyon sakinindən təxminən 1,8 milyonu elektron poçtu yoxlayaraq, heç olmasa, ayda 1 dəfə internetdən istifadə edir.
Statistik idarədən bildiriblər ki, 1 il əvvəl yalnız Kubanın 12% sakini və ya 1,6 milyon insan internet-istifadəçi idi. Ümumiyyətlə, Kubada 2005-ci ildən bəri qanunvericilik internetdən istifadəyə icazə verir. Həmin tarixdən bəri isə şəbəkədən istifadənin statistikası aparılır.
Hal-hazırda ABŞ və Kuba arasında ticarət embarqosu saxlanılır, buna görə də Amerika operatorları Kuba partnyorları ilə işləyə bilmirlər və bu, Kubada şəbəkənin inkişafını əhəmiyyətli dərəcədə çətinləşdirir. “Akamai Technologies” şirkətinin məlumatlarına əsasən, Kuba bu gün dünyada internetin inkişaf planı üzrə ən zəif ikinci ölkədir. Faktiki olaraq, bu gün Kubaya 70 milyon dəyərində yeganə internet magistral Venesuela vasitəsilə daxil olur. Statistikaya görə, indi Kubada internetə giriş ya məktəblərdə, ya da iri şirkətlərdə (adətən xarici) var.



Baxış sayı: 1063

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024