Tarix:21/05/12
Eyni zamanda rektor BDU haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, qrant və proqramlardan danışıb. Rektor universitetdə tədris olunan Koreya dili və ədəbiyyatından söz açıb, hazırda dövlət proqramına uyğun olaraq 50 nəfərdən çox tələbənin Koreyanın müxtəlif universitetlərində oxuduqlarını bildirib.
Bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən "İCTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun bildirib ki, səfərlərinin məqsədi 4 il əvvəl BDU-da yaradılmış Azərbaycan-Koreya Məlumat Mərkəzinin monitorinqini aparmaqdır.
Onlar mərkəzlə tanış olub və müəyyən yenilənmə işlərinin aparılması qərarına gəliblər.
Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin yenilənməsi, videokonfrans və virtual universitetin yaradılması daxildir. Qonaqların təkliflərini qəbul edən rektor BDU tərəfindən onlara bütün işlərdə dəstək veriləcəyini bildirib.
Sonda bütün bu dəyişiklikləri nəzərdə tutan müqavilə imzalanıb.Qeyd edək ki, Azərbaycan-Koreya Məlumat Mərkəzinin yenilənmə prosesindən sonra açılışı avqust ayına nəzərdə tutulur. Təxminən 100 min dollara başa gələcək təchizat işləri əvəzsiz olaraq (BDU heç bir vəsait ödəməyəcək) həyata keçiriləcək.
SEYMUR
Koreya Azərbaycanda kompyuter sisteminin yenilənməsinə 100 min dollar xərcləyəcək
Bu gün Koreya Milli İnformasiya Cəmiyyətinin nümayəndələri Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin Cənubi Koreya olduğuna diqqət çəkib, ölkələrarası əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsindən məmnunluq ifadə edib.Eyni zamanda rektor BDU haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, qrant və proqramlardan danışıb. Rektor universitetdə tədris olunan Koreya dili və ədəbiyyatından söz açıb, hazırda dövlət proqramına uyğun olaraq 50 nəfərdən çox tələbənin Koreyanın müxtəlif universitetlərində oxuduqlarını bildirib.
Bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən "İCTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun bildirib ki, səfərlərinin məqsədi 4 il əvvəl BDU-da yaradılmış Azərbaycan-Koreya Məlumat Mərkəzinin monitorinqini aparmaqdır.
Onlar mərkəzlə tanış olub və müəyyən yenilənmə işlərinin aparılması qərarına gəliblər.
Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin yenilənməsi, videokonfrans və virtual universitetin yaradılması daxildir. Qonaqların təkliflərini qəbul edən rektor BDU tərəfindən onlara bütün işlərdə dəstək veriləcəyini bildirib.
Sonda bütün bu dəyişiklikləri nəzərdə tutan müqavilə imzalanıb.Qeyd edək ki, Azərbaycan-Koreya Məlumat Mərkəzinin yenilənmə prosesindən sonra açılışı avqust ayına nəzərdə tutulur. Təxminən 100 min dollara başa gələcək təchizat işləri əvəzsiz olaraq (BDU heç bir vəsait ödəməyəcək) həyata keçiriləcək.
SEYMUR
Baxış sayı: 1192
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır