Tarix:22/05/12
AİM-in mətbuat xidmətindən verilən məlumata görə, media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə Azərbaycan Universitetində “İnternet (kommunikasiya) hüququ - İnternetdə informasiya azadlığı, informasiya təhlükəsizliyi və özünütənzimləmə” mövzusunda keçirilmiş seminarda internetin modern kütləvi informasiya vasitəsi kimi ictimai əhəmiyyəti, virtual məkanda informasiya azadlığının xüsusiyyətləri müzakirə olunmuş, internet istifadəçilərinin və jurnalistin hüquq və vəzifələrinə, qlobal şəbəkədə müəlliflik və əlaqəli hüquqların qorunmasına, habelə kibercinayətkarlığa qarşı mübarizə problemlərinə diqqət ayrılıb.
Seminarda qlobal şәbәkәdə informasiyanın yayılması, əldə olunması, ötürülməsi və şəxsi məlumatlarla bağlı insan hüquqlarının müdafiəsi məsələlərini tənzimləyən hüquq normaları haqqında ətraflı məlumat verilib, informasiya müharibəsi, provayderlәrin və hakerlәrin şəbəkədə fəaliyyəti, internet xidmәti göstәrәn qurumlar arasındakı əlaqələr barədə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Layihə çərçivəsində, həmçinin “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” kitabının (dərs vəsaitinin) çap olunaraq ali məktəblərdə və geniş ictimaiyyət arasında yayımı da nəzərdə tutulub.
Avropaya İnteqrasiya Mərkəzi internet hüququ ilə bağlı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər” adlı layihənin icrası çərçivəsində növbəti seminar keçirilib.AİM-in mətbuat xidmətindən verilən məlumata görə, media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə Azərbaycan Universitetində “İnternet (kommunikasiya) hüququ - İnternetdə informasiya azadlığı, informasiya təhlükəsizliyi və özünütənzimləmə” mövzusunda keçirilmiş seminarda internetin modern kütləvi informasiya vasitəsi kimi ictimai əhəmiyyəti, virtual məkanda informasiya azadlığının xüsusiyyətləri müzakirə olunmuş, internet istifadəçilərinin və jurnalistin hüquq və vəzifələrinə, qlobal şəbəkədə müəlliflik və əlaqəli hüquqların qorunmasına, habelə kibercinayətkarlığa qarşı mübarizə problemlərinə diqqət ayrılıb.
Seminarda qlobal şәbәkәdə informasiyanın yayılması, əldə olunması, ötürülməsi və şəxsi məlumatlarla bağlı insan hüquqlarının müdafiəsi məsələlərini tənzimləyən hüquq normaları haqqında ətraflı məlumat verilib, informasiya müharibəsi, provayderlәrin və hakerlәrin şəbəkədə fəaliyyəti, internet xidmәti göstәrәn qurumlar arasındakı əlaqələr barədə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Layihə çərçivəsində, həmçinin “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” kitabının (dərs vəsaitinin) çap olunaraq ali məktəblərdə və geniş ictimaiyyət arasında yayımı da nəzərdə tutulub.
Baxış sayı: 1656
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib