12px13px15px17px
Tarix:23/05/12

“Google” Robert Muqun ad gününü qeyd edir

“Google” internet şirkəti amerikalı fizik və elektron musiqinin pioneri Robert Muqun ad gününü qeyd edir və  axtarış sisteminin əsas səhifəsində ənənəvi loqosunu interaktiv dudl ilə dəyişdirib.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, istifadəçi sintezatoru kompyuter “siçan”ı vasitəsilə idarə edə bilər. Musiqi kompozisiyasını yazmaq və birbaşa dudl çərçivəsində dinləmək olar. Bundan əlavə, yaradıcılıq işini birbaşa  “Google+” sosial şəbəkəsində dostlarla paylaşmaq olar.

Robert Muq Nyu-Yorkda doğulub və orda da boya-başa çatıb. O, elektrotexnika sahəsi üzrə bakalavr dərəcəsini Kolumbiya Universitetində, Kornel Universitetində isə tətbiqi fizika sahəsi üzrə  elmi dərəcə alıb.
Muq elektron musiqi alətlərinin istehsalı üzrə 2 şirkətin əsasını qoyub: "R. A. Moog Co" (sonralar "Moog Music" adlanıb) və "Big Briar". Muq ona dünya şöhrəti qazandıran sintezatoru hələ Kolumbiya Universitetində oxuyarkən hazırlamağa başlamışdı.

O, 1970-ci ildə musiqi texnologiyalarının inkişafını zənginləşdirdiyi üçün nüfuzlu “Qremmi” mükafatına layiq görülüb. Robert Muq dünyasını dəyişdikdən sonra ailəsi “Bob Moog Foundation” fondunun əsasını qoydu. Fondun məqsədi elektron musiqinin inkişaf etdirilməsidir.

Məlumat üçün bildirim ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqonu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
 
EMİL




Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Aprel 2019

20 04 2019

20/04/19
"Azərpoçt"MMC problemli kredit sahiblərinə 2 formada kompensasiya verəcək

Aprel ayının 22-dən etibarən problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar 

20/04/19
Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BlackBerry Messenger”in fəaliyyəti dayandırı

20/04/19
Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb

Bill Qeytsin varidatı 20 ildə ilk dəfə 100 milyard dolları ötüb

20/04/19
“Instagram”da layklar ləğv edilə bilər

“Instagram” xidməti paylaşımların altındakı “layk”ların sayını gizlədə bilər