Tarix:23/05/12
Nazirlikdən bildirilib ki, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Mingəçevir şəhəri üzrə sahibkarlıq subyektlərindən müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Belə ki, fond müasir texnologiyalara əsaslanan müxtəlif sənaye müəssisələrinin yaradılması, kiçik və orta həcmli istixana təsərrüfatlarının, eləcə də kiçik və orta həcmli müasir çörək zavodlarının yaradılmasını dəstəkləyəcək: “Sahibkarlar bu istiqamətli sahələr üzrə nümunəvi layihələri fonddan əldə edə bilərlər.
Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Artıq sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər”.
HƏQİQƏT
Müasir texnologiyalara əsaslanan sənaye müəssisələri yaradılacaq
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Mingəçevir şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bununla bağlı SKMF Mingəçevir şəhərində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Mingəçevir şəhəri üzrə sahibkarlıq subyektlərindən müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Belə ki, fond müasir texnologiyalara əsaslanan müxtəlif sənaye müəssisələrinin yaradılması, kiçik və orta həcmli istixana təsərrüfatlarının, eləcə də kiçik və orta həcmli müasir çörək zavodlarının yaradılmasını dəstəkləyəcək: “Sahibkarlar bu istiqamətli sahələr üzrə nümunəvi layihələri fonddan əldə edə bilərlər.
Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Artıq sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər”.
HƏQİQƏT
Baxış sayı: 1231
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır