12px13px15px17px
Tarix:11/07/11

“Google+” platformasının biznes versiyası istifadəyə veriləcək

“Google” şirkəti “Google+” sosial platformasının korporativ seqment üzrə biznes versiyasının istifadəyə verilməsini planlaşdırır. Yeni platformanın köməyi ilə internet-nəhəng artıq yalnız “Facebook” ilə deyil, həm də “LinkedIn” peşəkar şəbəkəsi ilə rəqabət aparmaq niyyətindədir. “Google” məhsulları üzrə menecer Kristian Ostelen bildirib ki, “Google+” platformasının biznes versiyası bir neçə biznes alətlə təchiz ediləcək. Belə ki, həmin alətlərin çox hissəsinin bu il istifadəyə verilməsi planlaşdırılıb.
"Hal-hazırda biz bütün diqqəti platformanın adi istehlakçılar üçün optimallaşdırmasına yönəltmişik, lakin bizdə biznes-istifadə üçün analoji sistemi yaradan güclü mühəndis komandası var" – deyə o bildirib.
Qeyd edək ki, “Google+” platforması iyunun 28-də “Facebook”un rəqibi kimi təqdim edilib. Xidmət oxşar imkanlara, istifadəçilərin seçilmiş qruplarından xəbərlərin, fotonun, şərhlərin və başqa məzmunun yerləşdirilməsi kimi funksiyalara malikdir. Ostelen bildirib ki, biznes-versiya da, həmçinin bir sıra kənar, “AdWords” və müxtəlif analitik alətlərlə inteqrasiya kimi imkanlar əldə edəcək. Hazırda “Google+” beta versiya mərhələsindədir və ona giriş yalnız dəvət yolu ilə mümkündür.



Baxış sayı: 1002

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024