Tarix:23/05/12
O bildirib ki, hazırda dünyada böyük dəyişikliklər baş verir, idarəetmə texnologiyaları yenilənir, dünya informasiya cəmiyyətinə daxil olur və insan amili dominant rol oynayır.
Ona görə də insan amilindən bugünkü dövrün tələbləri səviyyəsində istifadə etdikdə öz səmərəsini verir. Şəffaflığın təmin olunması, vergi inzibatçılığı, elektron texnologiyalardan istifadə və digər sahələrdə yüksək nailiyyətlərin əldə olunmasının başlıca səbəbi də məhz bununla bağlıdır: «Azərbaycanın iqtisadi potensialı növbəti 10-20 il üçün respublikamızın qarşıya iddialı vəzifələr qoymasına imkan yaradır.
Bunlar ölkəmizin rəqabət qabiliyyətinə, adambaşına düşən milli məhsulun həcminə və insan inkişafı indeksinin səviyyəsinə görə inkişaf etmiş 50 dövlət sırasında olması ilə bağlı hədəflərdir və buna praqmatik, rasional islahatları genişləndirməklə tam nail olmaq mümkündür. Vergi sistemində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar xeyli pozitiv dəyişikliklər müşahidə olunur.
Mən hesab edirəm ki, Azərbaycanda «bir pəncərə» sisteminin tətbiq olunması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi bu sahədə atılan ciddi addımlardır. Onun fikrincə, inzibatçılığın təkmilləşdirilməsi, yeni elektron xidmət növlərinin göstərilməsi şəffaflığın təmin olunması və antikorrupsiya sahəsində öz mühüm təsirlərini göstərməkdədir».
SEYMUR
Elektron xidmətlərin göstərilməsi antikorrupsiya sahəsinə mühüm təsir göstərir
«Dövlət, cəmiyyət, biznes və qabaqcıl texnologiyaların optimal kombinasiyasına malik olmadan irəliyə doğru getmək mümkün deyil». "İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri millət vəkili Əli Məsimli ötən illər ərzində ölkəmizin iqtisadi inkişafının təmin olunmasında həyata keçirilən islahatların əhəmiyyətindən danışarkən söyləyib.O bildirib ki, hazırda dünyada böyük dəyişikliklər baş verir, idarəetmə texnologiyaları yenilənir, dünya informasiya cəmiyyətinə daxil olur və insan amili dominant rol oynayır.
Ona görə də insan amilindən bugünkü dövrün tələbləri səviyyəsində istifadə etdikdə öz səmərəsini verir. Şəffaflığın təmin olunması, vergi inzibatçılığı, elektron texnologiyalardan istifadə və digər sahələrdə yüksək nailiyyətlərin əldə olunmasının başlıca səbəbi də məhz bununla bağlıdır: «Azərbaycanın iqtisadi potensialı növbəti 10-20 il üçün respublikamızın qarşıya iddialı vəzifələr qoymasına imkan yaradır.
Bunlar ölkəmizin rəqabət qabiliyyətinə, adambaşına düşən milli məhsulun həcminə və insan inkişafı indeksinin səviyyəsinə görə inkişaf etmiş 50 dövlət sırasında olması ilə bağlı hədəflərdir və buna praqmatik, rasional islahatları genişləndirməklə tam nail olmaq mümkündür. Vergi sistemində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar xeyli pozitiv dəyişikliklər müşahidə olunur.
Mən hesab edirəm ki, Azərbaycanda «bir pəncərə» sisteminin tətbiq olunması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi bu sahədə atılan ciddi addımlardır. Onun fikrincə, inzibatçılığın təkmilləşdirilməsi, yeni elektron xidmət növlərinin göstərilməsi şəffaflığın təmin olunması və antikorrupsiya sahəsində öz mühüm təsirlərini göstərməkdədir».
SEYMUR
Baxış sayı: 831
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır