12px13px15px17px
Tarix:24/05/12

“Dell” şirkətinin rüblük mənfəəti 33 faiz azalıb

“Dell” şirkəti 2013-cü maliyyə ilinin birinci rübü üzrə fəaliyyətinin  göstəriciləri haqqında elan edib.
“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ən böyük kompyuter istehsalçılarından biri olan “Dell” şirkətinin mədaxili 4 faiz azalaraq 14,4 milyard dollar təşkil edib. Xalis mənfəəti isə 30 faiz azalaraq 635 milyon dollara bərabər olub.

Böyük korporativ sifarişçilərə avadanlıqların rüblük satış həcmi 3 faiz azalaraq 4,4 milyard dollar təşkil edib; dövlət sektorunda tədarüklərdən əldə olunan mənfəət 4 faiz azalaraq 3,5 milyard dollara bərabər olub.
“Dell” şirkəti kiçik və orta biznes müəssisələri sayəsində təxminən 3,5 milyard dollar qazanıb.

Hesablamalara görə, birinci rübdə təxminən 89 milyon stolüstü, noutbuk və netbuk tədarük edilib. ”Dell” şirkəti 11 faiz göstərici ilə aparıcı istehsalçılar siyahısında üçüncü yerdə qərarlaşıb.
 



EMİL




Baxış sayı: 1312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024