12px13px15px17px
Tarix:24/05/12

“BestComp Group”dan “Eurovision 2012” layihəsi

“Eurovision  2012” beynəlxalq musiqi yarışmasının mətbuat mərkəzinin işi üçün bütün avadanlıq və audiosəs sistemi “BestComp Group” şirkəti tərəfindən quraşdırılıb. Bu barədə şirkətdən verilən məlumatda bildirilir.  Məlumatda bildirilir ki, “Eurovision 2012” yarışmasının mətbuat mərkəzinin ərazisi 5000 kvadratmetr təşkil edir və 1500 yerli və beynəlxalq jurnalistin işləməsi üçün nəzərdə tutulub.

Mətbuat mərkəzi “Eurovision  2012” yarışmasının keçirildiyi məkana – “Baku Crystal Hall” konsert zalına yaxın yerləşir.“Eurovision  2012” yarışmasının iştirakçıları ilə müsahibələr üçün xüsusi kabinələr və televiziya müsahibələrinin çəkilişi üçün isə mətbuat mərkəzində ayrıca studiya yaradılıb.

Mətbuat mərkəzində yerləşən konfrans zalında 500 jurnalistin iştirakı ilə tədbirlər keçirilir. Artıq birinci yarımfinal iştirakçıları bu zalda mətbuat konfransları keçiriblər. Mətbuat nümayəndələrinin istirahətini təmin etmək üçün mətbuat mərkəzində xüsusi istirahət zonaları hazırlanıb və kafeteriya fəaliyyət göstərəcək.



RƏVAN



Baxış sayı: 1311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024