Tarix:11/07/11
İyun ayının nəticəsinə görə, “LinkedIn” resursuna 33,9 milyon unikal ziyarətçi daxil olub, bu da keçənilki analoji dövr göstəricilərindən 63% çoxdur.
“MySpace” 1 il ərzində ziyarətçilərin yarısını itirib və iyun ayının nəticəsinə görə, bu resursa 33,5 milyon insan daxil olub. “Facebook” iyun ayında 160,9 milyon insan ziyarəti ilə lider olaraq qalır ki, bu da keçənilki nəticədən 14% çoxdur. ABŞ-da dördüncü ən böyük sosial şəbəkə 30.6 milyon istifadəçi ilə “Twitter” sayılır. Bir il ərzində bu göstərici 31% yaxşılaşıb.
Qeyd edək ki, “MySpace” təxminən 2 həftə əvvəl 35 milyon dollara “Specific Media” reklam şirkətinə satılıb. Məlumat üçün bildirək ki, satıcı qismində 2005-ci ildə “MySpace” sosial şəbəkəsi üçün 580 milyon dollar ödəmiş News Corp çıxış edib.
“LinkedIn” professional sosial şəbəkəsi “MySpace”-ni ötüb
“ComScore” monitorinq şirkətinin dərc etdiyi məlumatlara əsasən, işçi və işə götürənlər üçün “LinkedIn” peşəkar sosial şəbəkəsi ziyarətçilərin sayına görə “Facebook”dan sonra ABŞ-da ikinci ən məşhur şəbəkə olub. “ComScore” qeyd edib ki, “LinkedIn” keçən ay “MySpace” sosial şəbəkəsini ziyarətçilərin sayına görə keçib.İyun ayının nəticəsinə görə, “LinkedIn” resursuna 33,9 milyon unikal ziyarətçi daxil olub, bu da keçənilki analoji dövr göstəricilərindən 63% çoxdur.
“MySpace” 1 il ərzində ziyarətçilərin yarısını itirib və iyun ayının nəticəsinə görə, bu resursa 33,5 milyon insan daxil olub. “Facebook” iyun ayında 160,9 milyon insan ziyarəti ilə lider olaraq qalır ki, bu da keçənilki nəticədən 14% çoxdur. ABŞ-da dördüncü ən böyük sosial şəbəkə 30.6 milyon istifadəçi ilə “Twitter” sayılır. Bir il ərzində bu göstərici 31% yaxşılaşıb.
Qeyd edək ki, “MySpace” təxminən 2 həftə əvvəl 35 milyon dollara “Specific Media” reklam şirkətinə satılıb. Məlumat üçün bildirək ki, satıcı qismində 2005-ci ildə “MySpace” sosial şəbəkəsi üçün 580 milyon dollar ödəmiş News Corp çıxış edib.
Baxış sayı: 1684
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib