12px13px15px17px
Tarix:24/05/12

Şura QHT layihələrini yalnız elektron formada qəbul edəcək

Ölkəmizdə həyata keçirilən “elektron hökumət” layihəsinə töhfə vermək və bununla öz fəaliyyətində şəffaflığı daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü ilin maliyyə yardımı müsabiqəsinə QHT layihələrini yalnız elektron formada qəbul etmək haqqında qərar qəbul edib.

Layihə təkliflərinin elektron formada qəbul edilməsi QHT-in vaxta qənaət etməsilə yanaşı, həm də onlara imkan verəcək ki, müsabiqələrə ayrı-ayrı istiqamətlər üzrə daxil olmuş layihələrin sayı, onların hərəkəti və ekspert qiymətləndirməsi haqda operativ məlumatları internet resursları vasitəsilə əldə edə bilsinlər.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Şuranın məlumatında deyilir.
Şura ölkədə “elektron hökumət”ə keçid layihəsinin tələblərinə uyğun olaraq, öz fəaliyyətini, eləcə də QHT-nin həyata keçirdiyi layihələrin icrasını, onların nəticələrini “www.cssn.gov.az” və “www.qhtxeber.az” saytlarında daim işıqlandırır.

Həmçinin, Şuranın elan etdiyi maliyyə yardımı müsabiqələri haqda bütün məlumatlar – elanlar, sənəd nümunələri, ekspertiza və qiymətləndirmə prosedurları, müsabiqələrin nəticələri, hesabat formaları və fəaliyyətə aid digər mühüm sənədlər müvafiq qaydada internet resursları vasitəsilə ictimaiyyətə açıqlanır.

CAHANGİR




Baxış sayı: 1374

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024