Tarix:25/05/12
Yaxın müddət ərzində "4G» sürətli mobil internet «Azercell» abunəçilərinin istifadəsinə veriləcəkdir. Dördüncü nəsil texnologiyası sayılan "4G» çox yüksəksürətli mobil internet – 100 Mbps və daha yüksək sürətlə məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir.
«Azercell»in «4G» şəbəkəsi birinci mərhələdə əsasən şəhərin mərkəzini və Dənizkənarı milli parkı əhatə edəcək. Şəbəkə 1800 MHz tezliyində fəaliyyət göstərəcək, məlumatların ötürülmə sürəti isə saniyədə 100 Mb-ə qədər olacaq.
"4G" modemləri bu ilin 18 iyun tarixindən etibarən satışa çıxarılacaqdır. "Azercell"in təqdim etdiyi bu xidmətə qoşulmaq və "4G" modemini əldə edib LİMİTSİZ internet paketinə abunə olmaq üçün "Azercell" abunəçiləri şirkətin Bakıda yerləşən "Azercell Ekspress" ofislərinə və diler şəbəkələrinə müraciət etməli olacaqlar.
Onu da bildirək ki, LİMİTSİZ internet paketinə abunə olmaq ancaq "4G" şəbəkəsində mümkün olacaq, lakin bu paket "Azercell"in "2G/3G" şəbəkələrində də istifadə oluna bilər. "2G/3G" şəbəkə paketlərini "4G" şəbəkəsində istifadə etmək olmaz. Əgər "Azercell" abunəçiləri "2G/3G" data paketlərin istifadəçisidirsə, o, sözügedən limitsiz "4G" data paketinə abunə ola bilməz. "4G" şəbəkəsində səsli xidmətlər, SMS, MMS kimi xidmətlər göstərilməyəcək.
Qeyd etmək lazımdır ki, hazırda bir neçə Skandinaviya və Baltik ölkələrindən savayı, dünyada "4G" texnologiyası məhdud dairədə tətbiq olunur və Avropanın bir sıra inkişaf etmiş ölkələrində, eləcə də Türkiyə, Fransa, İtaliya və İspaniyada hələ də bu xidmətin tam olaraq tətbiqinə başlanılmayıb.
"Azercell Telekom" hər zaman olduğu kimi, öz abunəçilərinin rahatlığını düşünərək onlara ən qabaqcıl texnoloji yenilikləri təqdim etməkdə davam edir.
RƏVAN
«4G» artıq Azərbaycanda
«Azercell Telekom» abunəçiləri üçün daha bir yeniliyi təqdim edir. Şirkət hər kəsin səbirsizliklə gözlədiyi «4G» texnologiyasının əsasında yeni yüksəksürətli mobil internet xidmətini istifadəyə vermək üçün bütün prosedurları tamamlayıb.Yaxın müddət ərzində "4G» sürətli mobil internet «Azercell» abunəçilərinin istifadəsinə veriləcəkdir. Dördüncü nəsil texnologiyası sayılan "4G» çox yüksəksürətli mobil internet – 100 Mbps və daha yüksək sürətlə məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir.
«Azercell»in «4G» şəbəkəsi birinci mərhələdə əsasən şəhərin mərkəzini və Dənizkənarı milli parkı əhatə edəcək. Şəbəkə 1800 MHz tezliyində fəaliyyət göstərəcək, məlumatların ötürülmə sürəti isə saniyədə 100 Mb-ə qədər olacaq.
"4G" modemləri bu ilin 18 iyun tarixindən etibarən satışa çıxarılacaqdır. "Azercell"in təqdim etdiyi bu xidmətə qoşulmaq və "4G" modemini əldə edib LİMİTSİZ internet paketinə abunə olmaq üçün "Azercell" abunəçiləri şirkətin Bakıda yerləşən "Azercell Ekspress" ofislərinə və diler şəbəkələrinə müraciət etməli olacaqlar.
Onu da bildirək ki, LİMİTSİZ internet paketinə abunə olmaq ancaq "4G" şəbəkəsində mümkün olacaq, lakin bu paket "Azercell"in "2G/3G" şəbəkələrində də istifadə oluna bilər. "2G/3G" şəbəkə paketlərini "4G" şəbəkəsində istifadə etmək olmaz. Əgər "Azercell" abunəçiləri "2G/3G" data paketlərin istifadəçisidirsə, o, sözügedən limitsiz "4G" data paketinə abunə ola bilməz. "4G" şəbəkəsində səsli xidmətlər, SMS, MMS kimi xidmətlər göstərilməyəcək.
Qeyd etmək lazımdır ki, hazırda bir neçə Skandinaviya və Baltik ölkələrindən savayı, dünyada "4G" texnologiyası məhdud dairədə tətbiq olunur və Avropanın bir sıra inkişaf etmiş ölkələrində, eləcə də Türkiyə, Fransa, İtaliya və İspaniyada hələ də bu xidmətin tam olaraq tətbiqinə başlanılmayıb.
"Azercell Telekom" hər zaman olduğu kimi, öz abunəçilərinin rahatlığını düşünərək onlara ən qabaqcıl texnoloji yenilikləri təqdim etməkdə davam edir.
RƏVAN
Baxış sayı: 1384
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır