12px13px15px17px
Tarix:26/05/12

“İMEİ” şifrələrin qeydiyyatı istiqamətində işlər aparılır

Mobil telefonların “İMEİ” kodlarının qeydiyyatı istiqamətində müvafiq işlər aparılır. Bu barədə “İCTnews”-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov  məlumat verib. Onun sözlərinə görə, işlər sırf texniki mərhələdədir.

“Nazirlik tərəfindən müvafiq texniki işlərə başlanılması ilə bağlı operatorlara məktub göndərilib. Buna müvafiq olaraq operatorlar işlərə başlayıblar.

Bununla yanaşı, operatorlardan da nazirliyə bir çox təkliflər daxil olub. Məsələ ilə bağlı mobil operatorların nümayəndələrinin iştirakı ilə növbəti toplantının keçirilməsi planlaşdırılır. Bir çox dəqiqləşdirmələr olacaq”- deyə bildirən şöbə müdiri CDMA standartları ilə çalışan telefonların “İMEİ” şifrələrin qeydiyyatı sisteminə qoşulmasının hələlik müzakirə predmeti olmadığını bildirdi.

 "CDMA telefonların “İMEİ” şifrələrin məlumat bazasında qeydiyyatı o qədər də çətin deyil. Lakin bu gün başlıca məsələ GSM-оperatorlar şəbəkəsində çalışan telefonları tam əhatə etməsidir. Bundan sonra CDMA standartlarına malik aparatların məlumat bazasında qeydiyyat imkanlarının öyrənilməsinə mərhələli şəkildə baxmaq olar", - Təmirov bildirib.

RƏVAN




Baxış sayı: 1423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024