12px13px15px17px
Tarix:29/05/12

“Şagird-məzun sistemi”ndə bəzi sənədlər yenidən təftiş ediləcək

Təhsil şöbələri “Şagird-məzun sistemi”ndə “İmtahana buraxılmır” kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməlidirlər. Sözügedən qurumlar bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları “İmtahana buraxılmır” kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidirlər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Komissiyadan təhsil şöbələrinin və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin nəzərinə çatdırılıb ki, bu proses TQDK-nın 2012-ci il 10 may tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"na əsaslanır.

Belə ki, qaydaların 4.1. bəndinə əsasən,  ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar: “Bu bəndin tələblərini nəzərə alaraq, qeyri-kafi qiymətlərə görə “İmtahana buraxılmır” kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir”.
 
HƏQİQƏT





Baxış sayı: 2200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024