Tarix:29/05/12
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı məlumat verir.
Məlumatda bildirilir ki, tədbirdə ABŞ, Fransa, Kanada, Almaniya, Avstriya, Yaponiya, Cənubi Koreya, İspaniya, İsveçrə, İsveç kimi ölkələr iştirak edəcək. Rəsmi olaraq iştirakçıların sayı 165-dir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) seçimi ilə AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Nüvə İnformasiya Sisteminin Milli Mərkəzinin rəhbəri, AEBA-nın “Avropa ölkələrində Mədəni irs abidələrinin öyrənilməsində və saxlanılmasında nüvə texnologiyasının istifadəsi” və “Mədəni irs abidələrinin öyrənilməsinin, saxlanılmasının və mühafizəsinin mükəmməlləşdirilməsi” adlı regional layihələrin Azərbaycan üzrə koordinatoru Dinara Abbasova da bu tədbirdə iştirak edəcək. O, Azərbaycanda Mədəni irs abidələrinin öyrənilməsində nüvə texnologiyalarından istifadə haqqında məruzə edəcək.
Qeyd edək ki, AMEA Radiasiya Problemləri İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, İcərişəhər Şirvanşahlar Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və bir sıra təşkilatların birgə əməkdaşlığı nəticəsində ölkəmizdə 150-dən çox Mədəni irs abidələrinin artefaktlarına ziyan vurulmadan yeni texnologiya vasitəsi ilə element tərkibi öyrənilib. Hazırda AMEA Radiasiya Problemləri İnstitutunda radiokarbon üsulu ilə yaşın təyini metodu işlənilir və yaxın gələcəkdə Mədəni irs abidələrinin artefaktlarının analizi və tarixi dəqiq öyrəniləcək.
CAHANGİR
Azərbaycanda Mədəni irs abidələrinin öyrənilməsində nüvə texnologiyalarından istifadə müzakirə ediləcək
Mayın 28-dən iyunun 1-nə kimi İsveçin Kalmar şəhərində “Women in Nuclear” “World Nuclear Association” (WNA) - “Qadınlar Nüvə sahəsində” Ümumdünya Assosiasiyası tərəfindən təşkil olunmuş 20-ci “WIN Global Annual Congress” (illik qlobal konqres) keçiriləcək. Qeyd edək ki, MDB ölkələri arasında Azərbaycan ilk dəfə olaraq bu tədbirə qatılacaq.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı məlumat verir.
Məlumatda bildirilir ki, tədbirdə ABŞ, Fransa, Kanada, Almaniya, Avstriya, Yaponiya, Cənubi Koreya, İspaniya, İsveçrə, İsveç kimi ölkələr iştirak edəcək. Rəsmi olaraq iştirakçıların sayı 165-dir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) seçimi ilə AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Nüvə İnformasiya Sisteminin Milli Mərkəzinin rəhbəri, AEBA-nın “Avropa ölkələrində Mədəni irs abidələrinin öyrənilməsində və saxlanılmasında nüvə texnologiyasının istifadəsi” və “Mədəni irs abidələrinin öyrənilməsinin, saxlanılmasının və mühafizəsinin mükəmməlləşdirilməsi” adlı regional layihələrin Azərbaycan üzrə koordinatoru Dinara Abbasova da bu tədbirdə iştirak edəcək. O, Azərbaycanda Mədəni irs abidələrinin öyrənilməsində nüvə texnologiyalarından istifadə haqqında məruzə edəcək.
Qeyd edək ki, AMEA Radiasiya Problemləri İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, İcərişəhər Şirvanşahlar Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və bir sıra təşkilatların birgə əməkdaşlığı nəticəsində ölkəmizdə 150-dən çox Mədəni irs abidələrinin artefaktlarına ziyan vurulmadan yeni texnologiya vasitəsi ilə element tərkibi öyrənilib. Hazırda AMEA Radiasiya Problemləri İnstitutunda radiokarbon üsulu ilə yaşın təyini metodu işlənilir və yaxın gələcəkdə Mədəni irs abidələrinin artefaktlarının analizi və tarixi dəqiq öyrəniləcək.
CAHANGİR
Baxış sayı: 791
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır