Tarix:30/05/12
. Onun sözlərinə görə, dəyişikliklər internet-klublar və valideynlərlə bağlı olacaq: «Yəni bu, tək internetlə deyil, eyni zamanda valideyn məsuliyyətini artıracaq. Hazırlanan qanun, belə demək mümkünsə, uşağına nəzarəti əldən verənlərə aiddir.
Yəni uşağına nəzarət edə, diqqət ayıra bilməyən valideynlər övladlarını başlı-başına qoyur. Burda da artıq söhbət təkcə internetdən getmir. Nəzarət olmadıqda uşaq küçə həyatı sürür, digər zərərli qruplaşmalara qoşulur və sair. Bu istiqamətdə də bizim qanunvericilik təkliflərimiz olacaq. Bu cür valideynlər də cərimə olunacaqlar. Hazırda cərimələrin miqdarı dəqiqləşməyib».
P.Əliyev bildirib ki, internet-klubların sahibləri də cərimələnə bilər. Onun sözlərinə görə, hazırlanan təkliflərdə dərs vaxtı şagirdlərin internet-klublara daxil olması qadağan edilir: «Dərs vaxtı internet-klublarda məktəblilərin oturmasına görə cərimənin tətbiq olunması məsələsini də biz digər dövlət qurumları ilə danışacağıq.
Sözsüz ki, burada da həmin internet-klubların sahiblərinin cərimələnməsi nəzərdə tutulacaq. Amma burada internet-klubun qapadılması məsələsi istisnadır. Bu, o deməkdir ki, internet-klubların rəhbərləri dərs vaxtı məktəblini kluba buraxmamalıdır. Ancaq və ancaq dərsdən sonra uşaqlar internet-kluba daxil ola bilər. Bu zaman da şagird təhsillə bağlı saytlara daxil olmalıdır.
Əgər uşaq gəlib vaxtını sosial şəbəkələrdə, ya da zamanını hansısa, uşaqlara aidiyyəti olmayan, onlara baxması qadağan olunan saytlara daxil olmaqla keçirirsə, bu, yolverilməzdir. Buna da internet-klub nəzarət etməlidir. Uşaqlara internet-klublarda oyun oynamasına icazə verilə bilər. Lakin bu da dərs vaxtı ola bilməz».
SEYMUR
Dərs vaxtı uşaqların internet-klublara girişi qadağan oluna bilər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaqların internetdən istifadəsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlanır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə adıçəkilən komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev məlumat verib. Onun sözlərinə görə, dəyişikliklər internet-klublar və valideynlərlə bağlı olacaq: «Yəni bu, tək internetlə deyil, eyni zamanda valideyn məsuliyyətini artıracaq. Hazırlanan qanun, belə demək mümkünsə, uşağına nəzarəti əldən verənlərə aiddir.
Yəni uşağına nəzarət edə, diqqət ayıra bilməyən valideynlər övladlarını başlı-başına qoyur. Burda da artıq söhbət təkcə internetdən getmir. Nəzarət olmadıqda uşaq küçə həyatı sürür, digər zərərli qruplaşmalara qoşulur və sair. Bu istiqamətdə də bizim qanunvericilik təkliflərimiz olacaq. Bu cür valideynlər də cərimə olunacaqlar. Hazırda cərimələrin miqdarı dəqiqləşməyib».
P.Əliyev bildirib ki, internet-klubların sahibləri də cərimələnə bilər. Onun sözlərinə görə, hazırlanan təkliflərdə dərs vaxtı şagirdlərin internet-klublara daxil olması qadağan edilir: «Dərs vaxtı internet-klublarda məktəblilərin oturmasına görə cərimənin tətbiq olunması məsələsini də biz digər dövlət qurumları ilə danışacağıq.
Sözsüz ki, burada da həmin internet-klubların sahiblərinin cərimələnməsi nəzərdə tutulacaq. Amma burada internet-klubun qapadılması məsələsi istisnadır. Bu, o deməkdir ki, internet-klubların rəhbərləri dərs vaxtı məktəblini kluba buraxmamalıdır. Ancaq və ancaq dərsdən sonra uşaqlar internet-kluba daxil ola bilər. Bu zaman da şagird təhsillə bağlı saytlara daxil olmalıdır.
Əgər uşaq gəlib vaxtını sosial şəbəkələrdə, ya da zamanını hansısa, uşaqlara aidiyyəti olmayan, onlara baxması qadağan olunan saytlara daxil olmaqla keçirirsə, bu, yolverilməzdir. Buna da internet-klub nəzarət etməlidir. Uşaqlara internet-klublarda oyun oynamasına icazə verilə bilər. Lakin bu da dərs vaxtı ola bilməz».
SEYMUR
Baxış sayı: 2656
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib