12px13px15px17px
Tarix:11/07/11

Medvedevin saxta “Tvitter” ünvanı silinib

“Twitter” mikrobloqlar xidməti administrasiyası Rusiya Federasiyası prezidenti Dmitri Medvedevin saxta bloqunu silib. “blog_medvedev” hesabına 10 iyul tarixdən giriş mümkün deyil, o səhifədə "Account suspended" yazısı görsənir.
"İnterfaks" agentliyinə məlum olub ki, bloq əvvəlcə bloklanıb, amma indi prezident Medvedevin mətbuat xidmətinin sorğusu üzrə tamamilə silinib. "Biz həqiqətən “Twitter” administrasiyasına şikayət etdik. Bunu bu və ya digər mikrobloqun onun maraq və təhlükəsizlik siyasətini pozduğunu hesab edən istənilən insan edə bilər" - mətbuat xidmətinin nümayəndəsi jurnalistlərə bildirib. “Blog_medvedev” mikrobloqu uzun müddət prezidentin rəsmi saytı “Kremlin.ru”-dan xəbərləri avtomatik translyasiya edirdi. Lakin iyun ayının 27-də Medvedev adından bloqun naməlum müəllifi oxucuların biznesmen Mixail Proxorovun Rusiya Federasiyasının baş naziri vəzifəsinə təyinatı ideyasını bəyəndikləri ilə maraqlanıb. "İnterfaks" agentliyi bu xəbərə inanıb və onu xəbər kimi çap edib. Sonra xəbəri bir çox KİV, həmçinin "Единая Россия" partiyasının rəsmi saytı çap edib.
Kreml mətbuat xidmətinə istinadən informasiyanın təkzibi yalnız iyunun 27-də, gecəyarı "İnterfaks" saytında çıxıb. Mətbuat xidmətindən bildiriblər ki, Medvedev “Twitter”də yalnız 2 rəsmi hesaba – “KremlinRussia” və “MedvedevRussia” –ya malikdir.



Baxış sayı: 1255

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024