Tarix:30/05/12
Dövlət başçısının tapşırığına uyğun olaraq, informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə “http://www.icazeler.gov.az/” portalı yaradılıb.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış icazələrin elektron informasiya portalı hazırda internet istifadəçiləri tərəfindən maraqla izlənilir. Belə ki, təkcə 2012-ci ilin aprel ayında 130-a yaxını ABŞ, Böyük Britaniya, Fransa, Avstriya, Rusiya kimi xarici ölkələrdən olmaqla 5 mindən çox internet istifadəçisi portalın xidmətlərindən istifadə edib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, “http://www.icazeler.gov.az/” portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.
Portalda mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələrinin yerləşdirildiyi xüsusi bölmə yaradılıb. Bu bölmə sahibkarların məlumatlılıq səviyyəsini artırmaqla yanaşı, qanunvericilik aktlarının hazırlanması prosesində sahibkarların yaxından iştirakına şərait yaradır.
HƏQİQƏT
İnternet istifadəçiləri sahibkarlıq fəaliyyəti üçün icazə verən internet portalına böyük maraq göstərir
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2011-ci il tarixli “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalının yaradılması tapşırılmışdı.Dövlət başçısının tapşırığına uyğun olaraq, informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə “http://www.icazeler.gov.az/” portalı yaradılıb.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış icazələrin elektron informasiya portalı hazırda internet istifadəçiləri tərəfindən maraqla izlənilir. Belə ki, təkcə 2012-ci ilin aprel ayında 130-a yaxını ABŞ, Böyük Britaniya, Fransa, Avstriya, Rusiya kimi xarici ölkələrdən olmaqla 5 mindən çox internet istifadəçisi portalın xidmətlərindən istifadə edib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, “http://www.icazeler.gov.az/” portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.
Portalda mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələrinin yerləşdirildiyi xüsusi bölmə yaradılıb. Bu bölmə sahibkarların məlumatlılıq səviyyəsini artırmaqla yanaşı, qanunvericilik aktlarının hazırlanması prosesində sahibkarların yaxından iştirakına şərait yaradır.
HƏQİQƏT
Baxış sayı: 1441
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib