12px13px15px17px
Tarix:30/05/12

Azərbaycan üzrə seçicilərin siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilib

Mərkəzi Seçki Komissiyası yanvar ayından başlanmış ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurmaq üzrədir. "İCTnews" elektron xəbər xidməti MSK-ya istinadən bildirir ki, seçicilərin daimi siyahısı məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib.

DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını tərtib edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil vermişlər. Sözügedən prosesdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının köməyindən istifadə olunub.

Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilib. Komissiyadan verilən məlumata görə, ölkə üzrə seçici siyahılarının yenidən tərtib edilməsi prosesinə mayın 30-da MSK tərəfindən yekun vurulacaq. Mayın 30-da komissiyanın bu prosesin yekunlaşmasına həsr olunmuş iclası keçiriləcək.



SEYMUR




Baxış sayı: 3529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024