12px13px15px17px
Tarix:30/05/12

Mərkəzi Bankda nağd pulla bağlı biznes proseslərinin avtomatlaşması üçün şirkət artıq seçilib

Mərkəzi Bankda nağd pulla bağlı biznes proseslərinin avtomatlaşma səviyyəsinin yüksəldilməsi və nağd pulla əməliyyatlarda avtonom “Cash Menecment” İnformasiya Sisteminin yaradılmasını “PEC N.V.” şirkəti həyata keçirəcək. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankdan (MB) məlumat verilib.

MB-dan bildirilib ki, bankın nağd pulla əməliyyatlarda inteqrasiya olunmuş “Cash Menecment” İnformasiya Sisteminin yaradılması ilə əlaqədar tenderin nəticələri bəlli olub: “Mərkəzi Bank bununla bildirir ki, bankda nağd pulla bağlı biznes proseslərinin avtomatlaşma səviyyəsinin yüksəldilməsi və nağd pulla əməliyyatlarda avtonom “Cash Menecment” İnformasiya Sisteminin yaradılması üzrə elan edilmiş tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib.

Qiymətləndirmənin nəticələrinə görə, “PEC N.V.” şirkəti tenderin qalibi elan edilib və qalib şirkətlə müvafiq müqavilə bağlanıb”. Tenderə maraq göstərdiyinə görə bütün iddiaçılara təşəkkürünü ünvanlayan MB-dan tenderdə iştirak etmiş iddiaçılarla gələcəkdə faydalı əməkdaşlıq etməyə ümid edildiyi də vurğulanıb.
 
HƏQİQƏT




Baxış sayı: 1183

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024