Tarix:31/05/12
Buna qədər cəbhə bölgələrinin ümumi TAE xəttinə qoşulması istiqamətində əsas mərhələ yerinə yetirilib. Füzuli rayonunun bütün kəndlərində müasir informasiya və kommunikasiya texnologiyaları şəbəkəsinin yaradılmasına başlanılıb.
Qarabağın cənub rayonlarında İKT-nin gələcək inkişaf planında hər bir rayonun optik kabellərlə TAE xəttinə birləşdirilməsi nəzərdə tutulub. Hazırda Horadizə qədər çəkilən Şirvan-Füzuli optik kabel xətti “Böyük qayıdış” layihəsinin tərkib hissəsidir. Bu layihənin ardı kimi optik kabel xəttinin Zəngilan, Qubadlı, Cəbrayıl və Laçına qədər çəkilməsi planlaşdırılır.
Hazırda Füzuli rayonunun işğaldan azad olan ərazilərində - Horadiz qəsəbəsində 816, Bala Bəhmənli kəndində 112, Kərimbəyli kəndində 107 nömrə tutumlu EATS mövcuddur. Bundan başqa rayonda yeni salınan yaşayış məntəqələrinin və telefonlaşdırılmayan kəndlərdə telefon rabitəsinə olan tələbatın ödənilməsi məqsədilə CDMA simsiz rabitə şəbəkəsindən geniş istifadə olunur. CDMA rabitəsinin rayonun bütün yaşayış məntəqələrində tətbiqini həyata keçirmək məqsədilə yaxın vaxtlarda Böyük Bəhmənli kəndində yeni baza stansiyası tikiləcək. Bundan başqa yaxın vaxtlarda Qazaxlar, Mirzənağılı, Alıxanlı kəndlərinin tamamilə telefonlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə 25 kilometrdən çox bir məsafədə optik kabel xətti çəkilməsi işləri başa çatdırılmalıdır. Bu layihənin həyata keçirilməsi ilə həmin kəndlərdə yeni EATS-lər və genişzolaqlı internet xidmətlərinə çıxış təmin olunacaq.
Böyük layihənin tərkib hissəsi olaraq rayonun Mahmudlu 1, Mahmudlu 2, Mollaməhəmmədli, Babı, Arataylı və digər telefonlaşdırılmayan kəndlərdə də optik kabellər çəkilməklə yeni elektron ATS-lərin tikilməsi planlaşdırılır. Horadiz, Bala Bəhmənli və Kərimbəyli kəndlərində olan mövcud stansiyaların tutumlarının isə artırılması nəzərdə tutulur.İnternet şəbəkəsinin genişləndirilməsi
“Aztelekom”İB tərəfindən kəndlərin yeni elektron ATS-lərlə təmin edilməsi ilə yanaşı, geniş internet şəbəkəsinin də yaradılması sakinlərin bu xidmətlərdən yetərincə faydalanmasına şərait yaradıb. Rayonun mövcud şəbəkəsinin TAE xəttinə qoşulması abunəçilərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəsinə imkanlar yaranıb.
Birlik tərəfindən hazırda rayon mərkəzi sayılan Horadizdə daha müasir avadanlıqlar yerləşdirməklə genişzolaqlı internet xidmətlərindən daha çox abunəçinin faydalanmasına yeni imkanlar yaranıb. Burada mövcud olan portların kənd stansiyalarında qurulması ilə abunəçilərin internetdən daha sürətli və daha keyfiyyətli şəkildə faydalanmasına şərait yaranıb. Bundan başqa yeni tikiləcək stansiyaların da genişzolaqlı internet avadanlıqları ilə təmin edilməsi planlaşdırılır.
RƏVAN
Füzulinin kəndlərində müasir telekommunikasiya şəbəkəsi yaradılır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom”İB tərəfindən regionlarda informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində hazırlanan tədbirlər planının icrası sürətlə davam etdirilir. Cəbhə bölgələrini daim diqqət mərkəzində saxlayan birlik hər bir kənddə müasir telekommunikasiya şəbəkəsinin yaradılması istiqamətində tədbirlər həyata keçirir.Buna qədər cəbhə bölgələrinin ümumi TAE xəttinə qoşulması istiqamətində əsas mərhələ yerinə yetirilib. Füzuli rayonunun bütün kəndlərində müasir informasiya və kommunikasiya texnologiyaları şəbəkəsinin yaradılmasına başlanılıb.
Qarabağın cənub rayonlarında İKT-nin gələcək inkişaf planında hər bir rayonun optik kabellərlə TAE xəttinə birləşdirilməsi nəzərdə tutulub. Hazırda Horadizə qədər çəkilən Şirvan-Füzuli optik kabel xətti “Böyük qayıdış” layihəsinin tərkib hissəsidir. Bu layihənin ardı kimi optik kabel xəttinin Zəngilan, Qubadlı, Cəbrayıl və Laçına qədər çəkilməsi planlaşdırılır.
Hazırda Füzuli rayonunun işğaldan azad olan ərazilərində - Horadiz qəsəbəsində 816, Bala Bəhmənli kəndində 112, Kərimbəyli kəndində 107 nömrə tutumlu EATS mövcuddur. Bundan başqa rayonda yeni salınan yaşayış məntəqələrinin və telefonlaşdırılmayan kəndlərdə telefon rabitəsinə olan tələbatın ödənilməsi məqsədilə CDMA simsiz rabitə şəbəkəsindən geniş istifadə olunur. CDMA rabitəsinin rayonun bütün yaşayış məntəqələrində tətbiqini həyata keçirmək məqsədilə yaxın vaxtlarda Böyük Bəhmənli kəndində yeni baza stansiyası tikiləcək. Bundan başqa yaxın vaxtlarda Qazaxlar, Mirzənağılı, Alıxanlı kəndlərinin tamamilə telefonlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə 25 kilometrdən çox bir məsafədə optik kabel xətti çəkilməsi işləri başa çatdırılmalıdır. Bu layihənin həyata keçirilməsi ilə həmin kəndlərdə yeni EATS-lər və genişzolaqlı internet xidmətlərinə çıxış təmin olunacaq.
Böyük layihənin tərkib hissəsi olaraq rayonun Mahmudlu 1, Mahmudlu 2, Mollaməhəmmədli, Babı, Arataylı və digər telefonlaşdırılmayan kəndlərdə də optik kabellər çəkilməklə yeni elektron ATS-lərin tikilməsi planlaşdırılır. Horadiz, Bala Bəhmənli və Kərimbəyli kəndlərində olan mövcud stansiyaların tutumlarının isə artırılması nəzərdə tutulur.İnternet şəbəkəsinin genişləndirilməsi
“Aztelekom”İB tərəfindən kəndlərin yeni elektron ATS-lərlə təmin edilməsi ilə yanaşı, geniş internet şəbəkəsinin də yaradılması sakinlərin bu xidmətlərdən yetərincə faydalanmasına şərait yaradıb. Rayonun mövcud şəbəkəsinin TAE xəttinə qoşulması abunəçilərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəsinə imkanlar yaranıb.
Birlik tərəfindən hazırda rayon mərkəzi sayılan Horadizdə daha müasir avadanlıqlar yerləşdirməklə genişzolaqlı internet xidmətlərindən daha çox abunəçinin faydalanmasına yeni imkanlar yaranıb. Burada mövcud olan portların kənd stansiyalarında qurulması ilə abunəçilərin internetdən daha sürətli və daha keyfiyyətli şəkildə faydalanmasına şərait yaranıb. Bundan başqa yeni tikiləcək stansiyaların da genişzolaqlı internet avadanlıqları ilə təmin edilməsi planlaşdırılır.
RƏVAN
Baxış sayı: 955
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı