12px13px15px17px
Tarix:31/05/12

“Facebook” şirkəti Dubayda ofis açıb

“Facebook” sosial şəbəkəsi bu gün ərəb regionunda ilk ofisini açıb. “Facebook” şirkəti Dubayda açılmış yeni ofis sayəsində yerli elan verənlər və investorlarla birbaşa iş görə biləcək.

Qeyd edim ki, “Facebook” və “Twitter” sosial şəbəkələri yaxın vaxtlara kimi  Yaxın Şərq regionunda yaşayan istifadəçilər üçün yad idi, lakin bu vəziyyət  təxminən 1.5 il əvvəl, regionun Tunis, Misir, Suriya və digər ölkələrində inqilablar baş verdikdə dəyişdi və sosial şəbəkələr, demək olar ki, yeganə rabitə vasitəsi idi. Artıq o vaxtdan bəri ərəb istifadəçilərinə “Facebook” və ya “Twitter”in nə olduğunu başa salmağa ehtiyac yoxdur.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkət ofisini “Dubai Internet City” kimi adlandırılan biznes-parkda açıb. “Facebook”un ərəb ofisində hazırda cəmi üç nəfər əməkdaş çalışır.



 
EMİL




Baxış sayı: 1365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024