12px13px15px17px
Tarix:31/05/12

“Opera Mini 7” səyyahı sosial şəbəkələrdəki xəbərləri birləşdirəcək

Norveçin “Opera” şirkəti “Opera Mini” səyyahının yeddinci versiyasını istifadəyə verib. Əsas yenilik “Smart Page” tətbiqi olub. Sosial şəbəkələrdəki (Facebook, Twitter və digərləri) yeniləmələr, axtarış sətri və fərdiləşdirilmiş xəbərlər "ağıllı" səhifədə toplanıb.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, sosial şəbəkələrdəki xəbərlər avtomatik olaraq yenilənir.

“Opera Mini 7“ səyyahını (http://www.operamini.com/mobile/) şirkətin saytından yükləmək olar. Proqram pulsuzdur. Səyyah “Java” texnologiyasını dəstəkləyən qurğular (J2ME), həmçinin “Symbian/Series 60” və “BlackBerry OS” mobil telefonları üçün əlçatandır.

“Opera” şirkətinin məlumatına görə, “Opera Mini” səyyahı 168 milyon telefonda quraşdırılıb. Bu səyyah vasitəsilə 2012-ci ilin  martında təxminən 117 milyard veb-səhifəyə daxil olunub.

EMİL




Baxış sayı: 993

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024