Tarix:31/05/12
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə GİN-in məlumatında deyilir.
Məlumatda bildirilir ki, iclası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev giriş sözü ilə açaraq cari məsələlərlə bağlı təşkilatlara məlumat verib və sözügedən məsələlərlə bağlı gənclər təşkilatlarının aktiv olmasının, onlar tərəfindən təkliflərin təqdim olunmasının vacibliyini vurgulayıb. Qeyd olunub ki, bununla da gənclər təşkilatları Dövlət gənclər siyasətinin həyata keçirilməsinin fəal iştirakçısına çevrilir.
GİN-in Gənclərlə iş üzrə şöbə müdiri İndira Hacıyeva çıxışında qanunun təkmilləşdirilməsi işində beynəlxalq ekspertlərin cəlb olunduğunu, gənclər siyasəti ilə bağlı məsələlərin həllində vətəndaş cəmiyyətinin böyük rol oynadığını diqqətə çatdırıb.
İclas zamanı "Dövlət gənclər siyasəti" haqqında qanunun təkmilləşdirilməsi, "Virtual Qarabağ" İnformasiya Texnologiyaları və Kommunikasiya Mərkəzinin yaradılması və Gəncənin 2015-ci ildə Avropa paytaxtının seçilməsi ilə bağlı gənclər təşkilatlarının fikir, rəy və təklifləri dinlənilib.Müzakirə olunan məsələlərlə bağlı təkliflər paketi hazır olduqdan sonra GİN rəhbərliyinə təqdim olunacaq.
CAHANGİR
"Virtual Qarabağ" İKT Mərkəzinin yaradılması müzakirə olunub
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın 30 may 2012-ci il tarixində növbəti iclası keçirilib. İclasın keçirilməsində məqsəd Dövlət gənclər siyasəti haqqında qanunun təkmilləşdirilməsi, "Virtual Qarabağ" İnformasiya Texnologiyaları və Kommunikasiya Mərkəzinin yaradılması və Gəncənin 2015-ci ildə Avropa paytaxtı kimi seçilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi və təkliflərin hazırlanması olub.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə GİN-in məlumatında deyilir.
Məlumatda bildirilir ki, iclası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev giriş sözü ilə açaraq cari məsələlərlə bağlı təşkilatlara məlumat verib və sözügedən məsələlərlə bağlı gənclər təşkilatlarının aktiv olmasının, onlar tərəfindən təkliflərin təqdim olunmasının vacibliyini vurgulayıb. Qeyd olunub ki, bununla da gənclər təşkilatları Dövlət gənclər siyasətinin həyata keçirilməsinin fəal iştirakçısına çevrilir.
GİN-in Gənclərlə iş üzrə şöbə müdiri İndira Hacıyeva çıxışında qanunun təkmilləşdirilməsi işində beynəlxalq ekspertlərin cəlb olunduğunu, gənclər siyasəti ilə bağlı məsələlərin həllində vətəndaş cəmiyyətinin böyük rol oynadığını diqqətə çatdırıb.
İclas zamanı "Dövlət gənclər siyasəti" haqqında qanunun təkmilləşdirilməsi, "Virtual Qarabağ" İnformasiya Texnologiyaları və Kommunikasiya Mərkəzinin yaradılması və Gəncənin 2015-ci ildə Avropa paytaxtının seçilməsi ilə bağlı gənclər təşkilatlarının fikir, rəy və təklifləri dinlənilib.Müzakirə olunan məsələlərlə bağlı təkliflər paketi hazır olduqdan sonra GİN rəhbərliyinə təqdim olunacaq.
CAHANGİR
Baxış sayı: 1821
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır