Tarix:01/06/12
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların internetdə təhlükəsizliyinə xüsusi diqqət yetirilir.
Hazırda məktəbyaşlı uşaqlar İnternetin ən aktiv istifadəçilərindəndir. İnternetin ölçülməz miqyasda informasiya mənbəyi olduğu halda, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılması uşaqların psixikasına mənfi təsir göstərir. Bu halların qarşısının alınması və uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması qarşımızda duran vacib məsələlərdən biridir.
Şagird və tələbələrin psixikasını, o cümlədən, mənəviyyatını qorumaq, onları yetişən nəslin sağlam formalaşması naminə zərərli olan informasiyalardan istifadəsini məhdudlaşdırmaq məqsədi ilə, ATŞ çərçivəsində “Vebsens” (Websense) proqramı tətbiq olunur. “Vebsens” proqramı avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya edir və əgər internet-resurs qadağa qoyulmuş kateqoriyalara aiddirsə, ona girişi qadağan edir.
“Vebsens” proqramı vasitəsilə İnternetdə yerləşən video və audiofayllara da çıxışı məhdudlaşdırmaq mümkündür. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən İnternet məzmunun təhlükəsizliyinin təmin olunması məqsədi ilə Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə şura yaradılmışdır. Şura zərərli informasiya kateqoriyalarını müəyyənləşdirir və bu kateqoriyaların tətbiq olunmasını təmin edir.
Məktəblilərin internetdə təhlükəsizliyi tam təmin edilir
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılmış Azərbaycan Təhsil Şəbəkəsində tətbiq olunan müxtəlif texnologiyalar məktəblilərin İnternet təhlükəsizliyini tam təmin edir.Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların internetdə təhlükəsizliyinə xüsusi diqqət yetirilir.
Hazırda məktəbyaşlı uşaqlar İnternetin ən aktiv istifadəçilərindəndir. İnternetin ölçülməz miqyasda informasiya mənbəyi olduğu halda, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılması uşaqların psixikasına mənfi təsir göstərir. Bu halların qarşısının alınması və uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması qarşımızda duran vacib məsələlərdən biridir.
Şagird və tələbələrin psixikasını, o cümlədən, mənəviyyatını qorumaq, onları yetişən nəslin sağlam formalaşması naminə zərərli olan informasiyalardan istifadəsini məhdudlaşdırmaq məqsədi ilə, ATŞ çərçivəsində “Vebsens” (Websense) proqramı tətbiq olunur. “Vebsens” proqramı avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya edir və əgər internet-resurs qadağa qoyulmuş kateqoriyalara aiddirsə, ona girişi qadağan edir.
“Vebsens” proqramı vasitəsilə İnternetdə yerləşən video və audiofayllara da çıxışı məhdudlaşdırmaq mümkündür. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən İnternet məzmunun təhlükəsizliyinin təmin olunması məqsədi ilə Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə şura yaradılmışdır. Şura zərərli informasiya kateqoriyalarını müəyyənləşdirir və bu kateqoriyaların tətbiq olunmasını təmin edir.
Baxış sayı: 1587
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib