Tarix:01/06/12
Həmçinin Almaniya, Türkiyə, Polşa, Bolqarıstan, Hollandiya, Rusiya və digər dövlətlərin iş təcrübəsi öyrənilərək səmərəli nəzarət üsulları tətbiq edilir. Bu sahədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) yaxından dəstək olan nüfuzlu beynəlxalq təşkilatlar sırasında Beynəlxalq Maliyyə Korporasiyasının xüsusi yeri var.
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın daha da genişlənməsinin real ifadəsi olaraq, cari ilin may ayında Korporasiya ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında 2012-ci il üçün Fəaliyyət Planı imzalanıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏCMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, əmək qanunvericiliyinin icrasına dövlət nəzarəti üzrə aparılan yoxlamaların effektivliyinin artırılması məqsədinə xidmət edən Fəaliyyət Planı əmək qanunvericiliyinə əməl olunmasına nəzarət məqsədilə aparılan yoxlamaların planlaşdırılması üçün Riskə Əsaslanan Metodologiyanın işlənib hazırlanması, yoxlamaların Daxili Elektron-Məlumat və İdarəetmə Sisteminin yaradılması, yoxlamaların prosedur qaydalarını, müfəttişlərin hüquq və vəzifələrini və digər məsələləri əks etdirən daxili Təlimatın hazırlanmasını nəzərdə tutur.
Eyni zamanda Fəaliyyət Planına əmək qanunvericiliyinin icrasına nəzarət məqsədilə aparılan yoxlamalarda standart forma kimi istifadə edilən Sorğu vərəqəsinin işlənib hazırlanması, Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq əməkdaşları üçün yeni prosedur və qaydalar, habelə beynəlxalq təcrübə barədə təlim proqramlarının, sahibkarlar üçün əmək norma və qaydaları haqqında müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi məsələlər daxildir.
Nazirlikdən bildirilib ki, bu təşkilatla aparılan səmərəli əməkdaşlıq çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin işinin gücləndirilməsi istiqamətində ötən müddətdə xeyli işlər görülüb. Beynəlxalq Maliyyə Korporasiyasının maliyyə dəstəyi ilə İordaniya Həşimilər Krallığının əmək müfəttişliyi ilə təcrübə mübadiləsi məqsədilə DƏMX-in nümayəndə heyətinin bu ölkəyə səfəri təşkil edilib.
Eyni zamanda, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən nəzarət işi həyata keçirilərkən işəgötürənlərə köməklik məqsədi ilə “Əmək qanunvericiliyi: norma və qaydalar” adlı metodik vəsait hazırlanıb. Metodik vəsaitin məqsədi müəssisələrdə dövlət nəzarəti zamanı əmək qanunvericiliyindən irəli gələn hansı norma və qaydaların yoxlanılacağı barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılmasıdır.
Həqiqət İSABALAYEVA
Əmək bazarında yoxlamalara nəzarət üçün Daxili Elektron-Məlumat və İdarəetmə Sistemi yaradılacaq
Son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin operativliyinin təmin edilməsi, əmək müfəttişlərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.Həmçinin Almaniya, Türkiyə, Polşa, Bolqarıstan, Hollandiya, Rusiya və digər dövlətlərin iş təcrübəsi öyrənilərək səmərəli nəzarət üsulları tətbiq edilir. Bu sahədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) yaxından dəstək olan nüfuzlu beynəlxalq təşkilatlar sırasında Beynəlxalq Maliyyə Korporasiyasının xüsusi yeri var.
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın daha da genişlənməsinin real ifadəsi olaraq, cari ilin may ayında Korporasiya ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında 2012-ci il üçün Fəaliyyət Planı imzalanıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏCMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, əmək qanunvericiliyinin icrasına dövlət nəzarəti üzrə aparılan yoxlamaların effektivliyinin artırılması məqsədinə xidmət edən Fəaliyyət Planı əmək qanunvericiliyinə əməl olunmasına nəzarət məqsədilə aparılan yoxlamaların planlaşdırılması üçün Riskə Əsaslanan Metodologiyanın işlənib hazırlanması, yoxlamaların Daxili Elektron-Məlumat və İdarəetmə Sisteminin yaradılması, yoxlamaların prosedur qaydalarını, müfəttişlərin hüquq və vəzifələrini və digər məsələləri əks etdirən daxili Təlimatın hazırlanmasını nəzərdə tutur.
Eyni zamanda Fəaliyyət Planına əmək qanunvericiliyinin icrasına nəzarət məqsədilə aparılan yoxlamalarda standart forma kimi istifadə edilən Sorğu vərəqəsinin işlənib hazırlanması, Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq əməkdaşları üçün yeni prosedur və qaydalar, habelə beynəlxalq təcrübə barədə təlim proqramlarının, sahibkarlar üçün əmək norma və qaydaları haqqında müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi məsələlər daxildir.
Nazirlikdən bildirilib ki, bu təşkilatla aparılan səmərəli əməkdaşlıq çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin işinin gücləndirilməsi istiqamətində ötən müddətdə xeyli işlər görülüb. Beynəlxalq Maliyyə Korporasiyasının maliyyə dəstəyi ilə İordaniya Həşimilər Krallığının əmək müfəttişliyi ilə təcrübə mübadiləsi məqsədilə DƏMX-in nümayəndə heyətinin bu ölkəyə səfəri təşkil edilib.
Eyni zamanda, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən nəzarət işi həyata keçirilərkən işəgötürənlərə köməklik məqsədi ilə “Əmək qanunvericiliyi: norma və qaydalar” adlı metodik vəsait hazırlanıb. Metodik vəsaitin məqsədi müəssisələrdə dövlət nəzarəti zamanı əmək qanunvericiliyindən irəli gələn hansı norma və qaydaların yoxlanılacağı barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılmasıdır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1281
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır