12px13px15px17px
Tarix:01/06/12

Dünya internet trafikinin həcminin 4 dəfə artacağı gözlənilir

“Cisco” şirkətinin proqnozlarına görə, 2016-cı ilədək dünyada internet istifadəçilərinin sayı 3,4 milyarda çatacaq ki, bu da Yer kürəsi əhalisinin 45%-ni əhatə edəcək.
 
“Compulenta.ru” saytının məlumatına görə, ötən il fərdi kompyuter, planşet, smartfon və s. ilə Ümumdünya şəbəkəsinə qoşulanların sayı 10,3 milyard olub. 5 ilə isə internetə çıxışı olan qurğuların sayının 18,9 milyarda çatacağı gözlənilir.
 
Mütəxəssislər belə hesab edirlər ki, internet-trafikin sürətli inkişafı, əsasən planşet fərdi kompyuterlərin və kommunikatorların populyarlığının artmasına gətirib çıxaracaq. Şəbəkə vasitəsilə verilənlərin həcmi ötən illə müqayisədə təxminən 4 dəfə artaraq 1,3 zettabayta (270 bayt və ya 1024 ekzabayt) çatacaq.
 
Genişzolaqlı kanallarla internetə çıxışın orta sürətinin də təqribən 4 dəfə (9 Mbit/s-dən 34 Mbit/s-dək ) artacağı gözlənilir. Bununla yanaşı, generasiya edilən trafikin yarıdan çoxu naqilsiz şəbəkə vasitəsilə ötürüləcək.

Ümumdünya mobil internet trafikinin həcmi 18 dəfə artaraq aya 10,8 ekzabayta çatacaq. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 1 aya 0,6 ekzabayt idi, cari ilin sonuna isə 1,3 ekzabayta çatdırılması gözlənilir. 




Baxış sayı: 1409

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024